Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” - Konfrans VİDEO

Bakı, 15 may, AZƏRTAC

Mayın 15-də Fövqəladə Hallar Nazirliyi, Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Şəhərsalmada seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, YAP Yasamal rayon təşkilatında keçirilən tədbirdə müasir şəhərsalmada nəzərə alınmalı olan vacib faktorlar, eləcə də seysmik riskin qiymətləndirilməsi kimi məsələlər bu sahəyə məsul olan dövlət qurumlarının və elmi təşkilatların nümayəndələrinin iştirakı ilə müzakirə olunub.

Əvvəlcə YAP Yasamal rayon təşkilatında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə güllər düzülüb. Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib. Həmçinin konfrans iştirakçıları təşkilatın foyesində nümayiş olunan “Şəhərsalma və Memarlıq İli”nə həsr edilmiş sərgi ilə tanış olublar.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, ardınca Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən hazırlanmış “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş videoçarx nümayiş olunub.

Konfransın açılış mərasimində çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bir neçə gündən sonra ölkəmizin daha bir beynəlxalq tədbirə - Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Qeyd olunub ki, məzmununa və əhatə dairəsinə görə bu Forum BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransından (COP) sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunur. Bu mühüm tədbirin Bakıda təşkili yalnız regional deyil, həm də qlobal miqyasda şəhərsalma, dayanıqlılıq və ətraf mühit sahələrində Azərbaycanın artan liderliyini nümayiş etdirir. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızda aparılan şəhərsalma və memarlıq abidələrinin bərpası və tikintisi haqqında danışan ərazi təşkilatının sədri bu gün də ölkəmizdə quruculuq işlərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Qeyd olunub ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə mədəni və tarixi irsin qorunması və bərpası istiqamətində mühüm layihələr həyata keçirilir. Bu fəaliyyətlər milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.

Fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov çıxış edərək şəhərsalmada seysmik təhlükə və riskin öyrənilməsinin əhəmiyyətindən danışıb. Azərbaycanın seysmik bölgədə yerləşdiyini vurğulayan nazir müavini ölkəmizdə aparılan şəhərsalma siyasəti, bu sahədə olan qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də aparılan tikinti işlərinə olan dövlət nəzarəti haqqında geniş məruzə ilə çıxış edib. Cəbrayıl Xanlarov diqqətə çatdırıb ki, urbanizasiya prosesinin genişlənməsi, çoxmərtəbəli yaşayış binalarının və yeni yaşayış massivlərinin artması şəhərsalmada seysmik risklərin daha dərindən və kompleks şəkildə qiymətləndirilməsini zəruri edir. Müasir şəhərlər yalnız memarlıq-estetik baxımdan deyil, eyni zamanda, təhlükəsizlik və dayanıqlılıq meyarları üzrə də yüksək standartlara cavab verməlidir.

Onun sözlərinə görə, seysmik təhlükənin qiymətləndirilməsi artıq təkcə elmi məsələ deyil, dövlət təhlükəsizliyi, iqtisadi inkişaf və əhalinin rifahı ilə birbaşa bağlı olan strateji istiqamətə çevrilib. Bu sahədə beynəlxalq standartların tətbiqi, innovativ yanaşmaların genişləndirilməsi və region ölkələri arasında informasiya mübadiləsinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Nazir müavini çıxışının sonunda qeyd edib ki, hazırda Bakı şəhəri və Abşeron yarımadası üzrə seysmik mikrorayonlaşdırma işləri həyata keçirilir və bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə birgə koordinasiyalı fəaliyyət davam etdirilir.

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli “Şəhərsalmada seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda geniş məruzə ilə çıxış edib. Mərkəz tərəfindən aparılan kompleks geofiziki-seysmoloji-geodinamik və geokimyəvi tədqiqat üsullarından bəhs edən baş direktor şəhərsalmada seysmik təhlükənin və riskin öyrənilməsi sahəsində olan yeni yanaşmalar haqqında da ətraflı məlumat verib. Heç bir ölkənin təbii fəlakətlərdən sığortalı olmadığını bildirən professor Qurban Yetirmişli bildirib ki, tikinti aparılan ərazilərdə seysmik təhlükənin və riskin öyrənilməsi həm də həmin ərazidə qabaqlayıcı tədbirlərin görülməsi baxımından zərurətdir. Baş direktor bildirib ki, baş verən hadisələr və elm göstərir ki, hər bir tikilinin yerləşdiyi ərazinin seysmikliyi fərdi şəkildə öyrənilməlidir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Bakı şəhərində və regionlarda həyata keçirilən müasir şəhərsalma siyasəti təhlükəsiz və dayanıqlı inkişaf prinsiplərinə əsaslanır. O, seysmik risklərin nəzərə alınmasının bu prosesin ayrılmaz hissəsi olduğunu vurğulayıb. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan şəhərsalma və dövlətçilik strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən müasir tələblərə uyğun şəkildə uğurla davam etdirilir. Deputat vurğulayıb ki, dövlətimizin başçısının birbaşa diqqət və qayğısı nəticəsində paytaxtda və regionlarda həyata keçirilən quruculuq işləri şəhər mühitinin təhlükəsizliyinin və əhalinin rifahının təmin olunmasına xidmət edir. 

Müxbir - Göyçək Mahmudlu
Fotoqraf – Orxan Kərimov
“Seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” - Konfrans VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert