Rose Molokoane: İşsizlik və yoxsulluq şəraitində yaşayan insanlar üçün su xidmətlərinin ödənişi ciddi yük yaradır VİDEO
Bakı, 21 may, AZƏRTAC
İşsizlik və yoxsulluq şəraitində yaşayan insanlar üçün su xidmətlərinin ödənişi ciddi yük yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gecəqondu Sakinlərinin Beynəlxalq Təşkilatının xüsusi nümayəndəsi Rose Molokoane Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, bu səbəbdən su təminatı məsələsinə yalnız maliyyə baxımından deyil, sosial ədalət və əlçatanlıq prizmasından da yanaşmaq vacibdir.
“Hökumətlərlə icmalar arasında daha güclü əməkdaşlıq qurulmalı, qərarların qəbulunda yerli insanların təcrübəsi və ehtiyacları nəzərə alınmalıdır”,- deyə o vurğulayıb.