Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dalya Altuntepe: WUF13 iştirak etdiyim beynəlxalq forumlar arasında ən yüksək peşəkarlıqla təşkil olunmuş tədbir idi VİDEO

Berlin, 30 may, AZƏRTAC

Bakıda keçirilmiş BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) başa çatsa da, bu mötəbər tədbirdə aparılan müzakirələr, onun formalaşdırdığı əməkdaşlıq imkanları və iştirakçılarda yaratdığı müsbət təəssüratlar hələ də gündəmdə qalmaqdadır. Dayanıqlı şəhər inkişafı, münaqişədən sonrakı bərpa, mədəni irsin qorunması və şəhərlərin gələcəyinə dair kompleks yanaşmaların müzakirə olunduğu forum beynəlxalq iştirakçıların yaddaşında uğurlu platforma kimi iz buraxıb. Almaniyada fəaliyyət göstərən mədəni irs strategiyası və mədəni turizm üzrə mütəxəssis Dalya Altuntepe də AZƏRTAC-a müsahibəsində forumun yüksək təşkilatçılıq səviyyəsini, Azərbaycanın mədəni irsin qorunması və şəhərsalma sahəsində nümayiş etdirdiyi uzaqgörən yanaşmanı xüsusi vurğulayıb. O, xüsusilə müəllifi olduğu layihəni beynəlxalq auditoriyaya təqdim etmək imkanı qazandığına görə WUF13-ün onun üçün əhəmiyyətini vurğulayaraq, buna görə Azərbaycan dövlətinə minnətdarlığını ifadə edib. Müsahibəni təqdim edirik.

– Dalya xanım, WUF13 barədə təəssüratlarınız necədir?

– Mən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AIR Center) dəvəti ilə Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak etdim. WUF13 son dərəcə yüksək səviyyədə təşkil olunmuşdu. Tədbirin təşkilati hazırlığı və idarə edilməsi həqiqətən də peşəkar standartlara uyğun idi. Belə nüfuzlu və minlərlə iştirakçının qatıldığı beynəlxalq tədbirə uğurlu ev sahibliyinə görə Azərbaycan dövlətini təbrik etmək istəyirəm.

Sessiya çərçivəsində ən kiçik təşkilati detallardan tutmuş panel müzakirələrinə qədər bütün işlər mükəmməl planlaşdırılmışdı. İlk andan etibarən özümüzü həm təhlükəsiz, həm də peşəkar şəkildə qarşılanmış hiss edirdik. Digər iştirakçılardan aldığım rəylər də son dərəcə müsbət idi. Hamı təşkilatçılığın səviyyəsinə heyranlığını bildirirdi. Mən indiyədək BMT-nin və digər beynəlxalq qurumların müxtəlif ölkələrdə təşkil etdiyi çoxsaylı forumlarda iştirak etmişəm. Lakin bu qədər qüsursuz təşkil olunmuş tədbirdə ilk dəfə iştirak edirdim. Həm də bu, mənim Azərbaycanda beynəlxalq tədbirdə ilk iştirakım idi. Əminliklə deyə bilərəm ki, iştirak etdiyim beynəlxalq forumlar arasında ən yüksək peşəkarlıqla və nümunəvi təşkil edilmiş tədbir məhz bu oldu. Bu fikri təkcə mən deyil, digər iştirakçılar da bölüşürdülər. Hətta bir çox iştirakçı qeyd edirdi ki, bu sessiya Dünya Şəhərsalma Forumunun tarixində ən geniş iştirakçı kütləsini bir araya gətirən tədbirdir. Bakıya gəldiyimiz ilk andan - hava limanında qarşılanma prosesindən tutmuş geri dönüşümüzə qədər hər şey yüksək səviyyədə təşkil edilmişdi. Transferlər, mehmanxana xidməti, forum məkanına gediş-gəliş, iaşə xidməti, panel sessiyaları – bütün proseslər dəqiq koordinasiya olunmuşdu.

Xüsusilə könüllü gənclərin fəaliyyəti məndə böyük təəssürat yaratdı. Hər hansı sual yaranan kimi dərhal yaxınlaşıb kömək təklif edirdilər. İştirakçıların rahatlığını təmin etmək üçün daim hazır vəziyyətdə olmaları forumun uğuruna ciddi töhfə verirdi.

– Forum çərçivəsində müzakirə olunan mövzular və iştirak etdiyiniz sessiyalar barədə nə deyə bilərsiniz?

– Mənim fəaliyyət sahəm mədəniyyət və turizmdir. İlk baxışda şəhərsalma ilə bunun əlaqəsinin olmadığı düşünülə bilər. Lakin əslində şəhərin inkişafı və turizm bir-biri ilə sıx bağlıdır. Biz Almaniya bazarında müxtəlif ölkələrin şəhərlərini tanıdır, turizm agentliklərini və tur-operatorları həmin istiqamətlərə səfərləri təşviq etməyə çalışırıq. Bu səbəbdən turistlərin şəhərlər barədə təəssüratlarını yaxından müşahidə etmək imkanım olur.

Avropalı turistlər üçün şəhərin ancaq gözəl binalara malik olması kifayət deyil. Onlar fərqli mədəniyyət, fərqli təcrübə və ən əsası, şəhərin ruhunu hiss etmək istəyirlər. Bəzən turistlərdən belə fikirlər eşidirəm: “Bu şəhərin ruhu yoxdur”, yaxud “Buradan enerji ala bilmədik”. İnsanlar arasında olduğu kimi, şəhərlərin də özünəməxsus aurası və xarakteri olmalıdır.

Bu məsələ, xüsusilə münaqişədən sonrakı dövrdə yenidən qurulan şəhərlər üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycanın Qarabağ müharibəsindən sonra əldə etdiyi təcrübə bu baxımdan olduqca dəyərlidir. Həmin ərazilərin yenidən qurulması zamanı şəhərlərin öz tarixi kimliyinin, memarlıq xüsusiyyətlərinin və mədəni ruhunun qorunması vacibdir. Forumda Azərbaycan Mədəniyyət Nazirliyinin tam da bu məqsədə xidmət edən, müharibə və münaqişələrin yaşandığı bölgələrdə mədəni irsin bərpasına yönələn bir təşəbbüsünə dair sessiyada iştirak etdim. Həmin sessiyada Azərbaycanın mədəniyyət sahəsində nə qədər uzaqgörən yanaşma nümayiş etdirdiyini çox aydın şəkildə gördüm. Adətən müharibədən sonrakı bərpa və inkişaf prosesindən danışarkən insanların diqqəti daha çox binaların, yolların və digər infrastruktur obyektlərinin tikintisinə yönəlir. Lakin Azərbaycanın həyata keçirdiyi bu uzaqgörən layihə mədəniyyətin də ən azı digər sahələr qədər mühüm dəyər olduğunu çox yaxşı nümayiş etdirir.

Sessiya çərçivəsində iştirak etdiyim Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin keçirdiyi panel iclasında da məhz bu mövzudan danışdım və müəllifi olduğum bir layihə barədə məlumat verdim. Mən bir mədəni irs obyektinin – saat qülləsinin şəhərin inkişafına və şəhər kimliyinin formalaşmasına necə təsir göstərdiyini izah etdim. Vaxtilə sadəcə şəhər sakinlərinin mədəni bağlılığını gücləndirmək məqsədilə yaradılmış bu layihə illər sonra həmin şəhərin əsas turistik cazibə mərkəzlərindən birinə çevrilib. Bu layihə ilə vermək istədiyimiz əsas mesaj odur ki, əgər bir şəhərə turist cəlb etmək istəyirsinizsə, ilk növbədə, həmin şəhərin mədəni irsini yaşatmalısınız. Çünki şəhər öz tarixi və mədəni dəyərlərindən uzaqlaşdıqda ruhunu itirir. Ruhunu itirdikdə isə cazibəsini də itirmiş olur. Mənim üçün çox dəyərli olan bu layihəni can Azərbaycanda təqdim etmək çox qürurvericidir. Bu imkana görə Azərbaycan dövlətinə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə təşəkkürümü bildirirəm.

- Bu layihə barədə bir qədər ətraflı məlumat verə bilərsiniz?

- Bu saat qülləsi layihəsini 5-6 il əvvəl Suriyanın Hələb vilayətinin Çobanbəy adlı türkmən şəhərciyində həyata keçirmişdik. Həmin vaxt bölgə rəhbərliyi şəhərin mədəni inkişafına dəstək verməyimizi xahiş etmişdi. O dövrdə bölgədə təhlükəsizlik şəraiti müəyyən qədər təmin edilmişdi və şəhərin inkişafı istiqamətində addımlar atılırdı. Şəhərə hansı mədəni dəyəri qazandıra biləcəyimizi müzakirə edərkən saat qülləsi ideyası yarandı. Osmanlı dövründən Yaxın Şərqdə saat qüllələri şəhər mədəniyyətinin mühüm elementlərindən biri hesab olunur. Buna görə də Çobanbəy üçün də belə bir simvol yaratmağa qərar verdik. Çobanbəy XI əsrdən bəri türkmən yaşayış məntəqələrindən biridir.

Layihənin memarlıq konsepsiyası və dizaynını mən hazırladım. Tikintidə tamamilə yerli materiallardan istifadə olundu. Hələb daşı öz keyfiyyəti ilə məşhurdur və bölgədə çox peşəkar bənnalar fəaliyyət göstərir. Qüllənin memarlığında bölgəyə məxsus səkkizguşəli türk ulduzu motivindən istifadə etdik. Bu simvol Azərbaycanın, Türkmənistanın və digər türk dövlətlərinin mədəniyyətində mühüm yer tutur. Türk Dövlətləri Təşkilatının bayrağında da bu ulduz həkk olunub.

Nəticə gözləntilərimizin də üzərində oldu. Hətta layihəni həyata keçirən ustalar belə yekun nəticənin bu qədər uğurlu alınacağına inanmadıqlarını deyirdilər. Ən maraqlısı isə odur ki, qüllənin tikintisindən sonra şəhərin inkişaf istiqaməti dəyişdi. İnsanlar qüllənin ətrafında məskunlaşmağa başladılar, yeni evlər və ticarət obyektləri tikildi, həmin ərazi şəhərin yeni mərkəzinə çevrildi. Bu gün yerli sakinlər zarafatla deyirlər ki, “Çobanbəy əvvəl kənd idi, saat qülləsindən sonra şəhərə çevrildi”.

Mənim təqdimatımın əsas mesajı da məhz bundan ibarət idi: bəzən kiçik görünən bir mədəni layihə bütöv bir şəhərin taleyini dəyişə bilir. Biz layihənin bütün mərhələlərində yerli əhali ilə məsləhətləşmələr apardıq. İstifadə olunan materiallardan rəng seçiminə qədər onların istək və ehtiyacları nəzərə alınaraq müəyyənləşdirildi. Bu da layihənin uğurunun əsas səbəblərindən biri oldu.

– Siz Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də olmusunuz. Bir mədəniyyət mütəxəssisi kimi, Qarabağda mədəni irsin bərpası istiqamətində görülən işlər barədə nə deyə bilərsiniz?

– Bu, mənim Azərbaycana ilk səfərim deyildi. Ötən il də ölkənizə gəlmişdim və Qarabağa səfər etmək imkanım olmuşdu. Şuşanı ziyarət etdim, Ağdamı da qismən görmək imkanım oldu. Şuşada diqqətimi ən çox cəlb edən məqam yeni tikilən binaların və şəhərsalma konsepsiyasının bir-biri ilə tam harmoniyada olması idi. Yeni memarlıq nümunələri həm estetik baxımdan cəlbedici görünür, həm də Azərbaycanın tarixi-mədəni memarlıq ənənələrinə uyğun şəkildə layihələndirilib.

Mən hətta maraqlanaraq soruşmuşdum ki, bu layihələri həyata keçirən şirkətlər xaricidirmi? Mənə bildirdilər ki, əsasən yerli şirkətlər çalışır. Bu, çox vacib məqamdır. Çünki xarici şirkətlər bəzən öz standartlarını tətbiq edir və nəticədə şəhərin yerli kimliyi itə bilər. Azərbaycanın yanaşmasını məhz buna görə yüksək qiymətləndirirəm. Qarabağda aparılan yenidənqurma işləri həm planlı, həm estetik, həm də şəhərlərin tarixi-mədəni kimliyinə uyğun şəkildə həyata keçirilir. Bu, çox dəyərli təcrübədir.

Mən hesab edirəm ki, Azərbaycanın Qarabağın bərpası prosesində qazandığı təcrübə münaqişədən sonrakı bərpa mərhələsindən keçən digər ölkələr üçün də faydalı ola bilər. Bu bilik satın alınan deyil, yaşanaraq əldə edilən təcrübədir.

Bu gün dünyanın müxtəlif bölgələrində münaqişələr davam edir. Yaxın Şərqdə, Suriyada və digər postmünaqişə zonalarında Azərbaycanın topladığı təcrübənin beynəlxalq əməkdaşlıq çərçivəsində paylaşılması həmin ölkələrin bərpasına mühüm töhfə verə bilər.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Dalya Altuntepe: WUF13 iştirak etdiyim beynəlxalq forumlar arasında ən yüksək peşəkarlıqla təşkil olunmuş tədbir idi VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AzMİU-da tələbələrə narkomaniyanın fəsadları və psixoloji dəstəyin əhəmiyyəti izah olunub

Birləşmiş Ştatların gündəlik neft hasilatı 14 milyon barelə çatır

ABŞ-nin neft ehtiyatları azalır

Ekspert: Niderland şirkətlərinin Bakı limanının inkişafının növbəti mərhələsində iştirakı mümkün ola bilər

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr olunan film nümayiş etdirilib

DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib

Folklor İnstitutunda elmi seminar: Güney Azərbaycanda Aşura mərasimləri

ADA və Corc Vaşinqton universitetləri arasında ikili diplom proqramı ilə bağlı görüş olub

Ceyhun Bayramov: TDT+ formatı üçüncü ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar yaradır

Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı Zaqatala, Şəki və Qəbələdə vətəndaşlarla görüş keçiriləcək

SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb

“AzərEnerji”nin ixrac gəlirləri 53 faizdən çox artıb

“Meksikalaşma” ifadəsi Meksika ilə Fransa arasında mübahisə doğurub

“QazTrade” şirkətinin baş direktoru: Qazaxıstan üçüncü ölkələrdən Azərbaycana tədarükün bir hissəsini əvəz edə bilər

“Azərbaycan Hava Yolları”nın ixrac gəlirləri açıqlanıb

Taleh Kazımov: Doqquz ayda kartdan-karta köçürmələrin həcmi 48 milyard manat olub

SOCAR-ın idarəsi 251 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

“AzerGold”un ixrac gəlirləri 31 faiz artıb

Azərbaycanın multikultural modeli Moskva Yəhudi İcmasının diqqətində

Komitə sədri: Maraqların toqquşması ilə korrupsiya eyni anlayışlar deyil

Energetika Nazirliyi və SOCAR “Energy & AI” hakatonu təşkil edir

Fərid Hüseyn: Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş iki cildlik nəşri çapa hazırlamışam

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

Fərid Osmanov: Texnopark rezidentləri üçün qeydiyyat prosesi sadələşdiriləcək

Azərbaycanın qızıl ixracından gəliri 31 faizdən çox artıb

Mərkəzi Bankın sədri: Nağdsız əməliyyatların həcmi 11,7 faiz artıb

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Mussolininin nəticəsi “Latsio”da ilk qolunu vurub

Gəncədə gələcəyin peşələri və əmək bazarının kadr tələbatı diqqət mərkəzindədir

Çoxfunksiyalı reagentlərə həsr olunmuş yeni monoqrafiya çapdan çıxıb

Neft qiymətlərinin cüzi azalması Yaxın Şərqdəki proseslərlə əlaqədardır

BMT qərarlarının icrasız qalması beynəlxalq sistemin əsas sınağıdır - ŞƏRH

Botanika İnstitutunda elmmetrik bazalar və müəllif metrikalarına dair seminar təşkil olunub

Emmanuel Makron yeni etiraz aksiyaları ərəfəsində müdafiə şurasını toplayıb

Dünya çempionatı: Azərbaycan millisi Mozambikə böyük hesabla qalib gəlib

İndoneziya ilə dağ-mədən sahəsində tərəfdaşlıq imkanları müzakirə olunub

İRİA-nın rəhbəri: Startaplar və texnopark rezidentləri 10 il müddətinə vergilərdən azad ediləcəklər

Şirvan Milli Parkı: Zəngin biomüxtəliflik və unikal ekosistem VİDEO

Şirvan Milli Parkı: Zəngin biomüxtəliflik və unikal ekosistem VİDEO

Fərid Osmanov: Startaplara dövlət satınalmalarında 20 faizlik qiymət güzəşti tətbiq ediləcək

Şahbuzda payızlıq əkin sahələri 240 hektara çatır: Hədəf yüksək məhsuldarlıqdır -  REPORTAJ  VİDEO

Şahbuzda payızlıq əkin sahələri 240 hektara çatır: Hədəf yüksək məhsuldarlıqdır - REPORTAJ VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 3,2 milyard dollar olub

“Wizz Air” Bakı-Bratislava birbaşa uçuşlarına başlayıb

® Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində genişspektrli tibbi xidmətlər göstərilir

Startaplar və texnopark rezidentləri gələn ildən bir sıra vergi güzəştlərindən yararlanacaqlar

Şamaxının ədəbi yaddaşı: Nəsiminin qardaşı Şahxəndanın türbəsi VİDEO

Şamaxının ədəbi yaddaşı: Nəsiminin qardaşı Şahxəndanın türbəsi VİDEO

Mərkəzi Bank ilin sonunadək 1 milyard dollaradək vəsait cəlb edə bilər

Vətən müharibəsinin xronikası: 29 oktyabr

Gürcüstan Patriarxlığı beynəlxalq qumar oyunlarının təşkili ilə bağlı qanuna etiraz edir

Qeri Stivenson: Azərbaycanda dinlərarası dialoq və əməkdaşlıq çox qiymətli dəyərdir

“The Wall Street Journal”: Cey. Di. Vens İranın Ali Təhlükəsizlik Şurasının rəhbərinə məktub göndərib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

Kənd təsərrüfatı işçilərinin peşə bayramı ADAU-da qeyd olunub VİDEO

Kənd təsərrüfatı işçilərinin peşə bayramı ADAU-da qeyd olunub VİDEO

İcbari Sığorta Bürosu “We Invest in People – Silver” beynəlxalq akkreditasiyasına layiq görülüb

Mərkəzi Bank: Neftin orta qiyməti bu il üçün 92,8 dollar, 2027-ci il üzrə isə 82,8 dollar nəzərdə tutulub

“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit təşkil edəcək VİDEO

“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit təşkil edəcək VİDEO

Taleh Kazımov: Gələn il ÜDM 2,3 faiz artacaq

BMT hesabatı: Azərbaycan sosial inklüziv transformasiya üzrə yüksək mövqedədir

Plutonun ətrafında fırlanan yeni cırtdan planet kəşf edilib

Mərkəzi Bankın sədri: Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 3,3 faiz bəndi azalıb

Saatlıda fermer və sahibkarlar dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar

Doqquz ayda dövlət büdcəsinin gəlirləri 29,3 milyard manat, xərcləri 25,3 milyard manat olub

Mərkəzi Bank: Oktyabrdakı 7 valyuta hərracının 5-də tələb qeydə alınmayıb

156 və 156A nömrəli marşrutlar üzrə avtobuslar yenilənir

Taleh Kazımov: Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatıb

AMADA nümayəndələri IDEA Heyvanlara Qayğı Mərkəzinin qonağı olublar

® “Unibank” məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Dünyada "ASAN xidmət" mərkəzləri əsasında 800 milyondan çox vətəndaşa xidmət göstərilir VİDEO

Dünyada "ASAN xidmət" mərkəzləri əsasında 800 milyondan çox vətəndaşa xidmət göstərilir VİDEO

Pakistanda ambulansın partlaması nəticəsində 9 nəfər ölüb

Asiya-Sakit okean regionu Azərbaycan turizmini kəşf edir

Masallıda baş verən qəzada sərnişin ölüb VİDEO

Masallıda baş verən qəzada sərnişin ölüb VİDEO

Elnur Bağırov: İqtisadi əlaqələrin genişlənməsi rəqabət orqanları arasında əməkdaşlığın əhəmiyyətini artırır

AzTU Rumıniya İqtisadi Elmlər Akademiyası ilə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

Məhəmmədəli Xudaverdiyev: BMT tədbirinin Azərbaycanda keçirilməsi "ASAN xidmət"in beynəlxalq sahədə təşviqinə verilən dəyərin göstəricisidir VİDEO

Məhəmmədəli Xudaverdiyev: BMT tədbirinin Azərbaycanda keçirilməsi "ASAN xidmət"in beynəlxalq sahədə təşviqinə verilən dəyərin göstəricisidir VİDEO

Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb

“Araz-Naxçıvan”ın futzalçısı: Rəqib bizi yaxşı mənada təəccübləndirdi

“Associated Press”: ABŞ Yaxın Şərqdəki müttəfiqlərinə aralıq seçkilərindən sonra İrana hücum edəcəyi barədə xəbərdarlıq edib

Azərbaycanda əmanətlərin dollarlaşma səviyyəsi 3,3 faiz azalıb, nağd valyuta satışı alışı 759 milyon dollar üstələyib

® Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Elnur Bağırov: Rəqəmsal platformaların bazar gücünün qiymətləndirilməsi xüsusi təhlil tələb edir

“Sənət dialoqu” layihəsi çərçivəsində növbəti görüş

ARDNF və İndoneziya arasında investisiya əməkdaşlığının genişləndirilməsi dəyərləndirilib

BMT münaqişə zonalarında mülki şəxslərin təhlükəsizliyini təmin etməyə çağırıb

Noyabr ayında Bakıda BMT-nin daha bir tədbiri baş tutacaq VİDEO

Noyabr ayında Bakıda BMT-nin daha bir tədbiri baş tutacaq VİDEO

Liviyada İran və Əfqanıstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulub

Dövlət Turizm Agentliyinin sədri: Pekində nümayəndəliyin açılması Asiya bazarları ilə əlaqələrimizi daha da gücləndirir

“Turan” voleybol klubu Çempionlar Liqasında cavab oyununu keçirəcək

Fuad Nağıyev: Asiya-Sakit okean regionu turizm baxımından ən dinamik və inkişaf edən regionlardan biridir

Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqlayıb

Bakıda Atatürkün abidəsi ziyarət olunub

® “AzInTelecom”un rəqəmsal imza infrastrukturu beynəlxalq “WebTrust for CA” auditindən uğurla keçib

Türkiyədə Cümhuriyyət Günü qeyd olunur

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Elnur Bağırov: Rəqabət Məcəlləsi qanunvericiliyin müasir əsaslar üzərində tətbiqinə imkan yaradıb

Azərbaycan Kubokunda II təsnifat mərhələsinə 2 oyunla yekun vurulacaq

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Azərbaycan nefti 125 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 125 dollardan baha satılır VİDEO

Bakıdan Norveçə uzanan musiqi körpüsü: AZƏRTAC 30 il sonra xatirələri yenidən canlandırdı VİDEO

Bakıdan Norveçə uzanan musiqi körpüsü: AZƏRTAC 30 il sonra xatirələri yenidən canlandırdı VİDEO