Taner Beyoğlu: Birinci Türkoloji Qurultaya həsr olunmuş nəşrlər ortaq birliyimizi gücləndirir VİDEO
Bakı, 2 iyul, AZƏRTAC
Bakıda keçirilən “Birinci Türkoloji Qurultay: Stenoqrafik hesabat” və “Birinci Türkoloji Qurultay. Biblioqrafiya” kitablarının təqdimatı Türk dünyası milli kitabxanaları arasında sistemli xarakter almış əməkdaşlığı daha da möhkəmləndirəcək.
Bunu AZƏRTAC-a açıqlamasında Türkiyə Milli Kitabxanasının direktoru Taner Beyoğlu deyib.
O diqqətə çatdırıb ki, tədbir çərçivəsində informasiya və təcrübə mübadilələri, milli kitabxanalar arasında reallaşacaq birgə layihələr, ortaq mədəni və incəsənət tədbirləri müzakirə olunub. “Böyük türk ailəsinin zəngin və qüdrətli sivilizasiya irsinin gələcək nəsillərə ötürülməsi istiqamətində milli kitabxanaların üzərinə mühüm vəzifələr düşür. Biz də bu fürsətdən istifadə edərək həmin məsələləri qiymətləndirib, birliyimizi daha da gücləndirmək məqsədilə müzakirələr aparırıq”, -deyə o əlavə edib.