Venesuelada zəlzələ qurbanlarının sayı 2645 nəfərə çatıb VİDEO
Bakı, 4 iyul, AZƏRTAC
Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 2645 nəfərə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin İnformasiya və Kommunikasiya Nazirliyi məlumat yayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində 12 min 666 nəfər yaralanıb, 15 min 50 nəfər evsiz qalıb. Zəlzələ zamanı 189 bina tamamilə dağılıb, 885 bina isə ciddi zədələnib.
Axtarış-xilasetmə əməliyyatları çərçivəsində 6462 nəfər xilas edilib. Ümumilikdə 20 min 909 nəfərə xəstəxana və digər tibb müəssisələrində tibbi yardım göstərilib. Bundan əlavə, 86 min 117 ailəyə humanitar yardım çatdırılıb, zərərçəkənlərə 9486 ton ərzaq paylanılıb.
Xatırladaq ki, iyunun 24-ü axşam saatlarında Venesuelada təxminən 40 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki zəlzələ qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]