Rusiyanın Kiyevə kütləvi hava zərbələri nəticəsində 20-yə yaxın yaşayış binası dağılıb - AZƏRTAC-ın hadisə yerindən reportajı VİDEO
Kiyev, 6 iyul, AZƏRTAC
Rusiya ordusunun iyulun 6-na keçən gecə Kiyevə endirdiyi kütləvi hava zərbələri nəticəsində 20-ə yaxın yaşayış binası dağılıb. Ən böyük dağıntı isə Kiyevin Podol rayonunda yerləşən doqquzmərtəbəli binada baş verib.
AZƏRTAC-ın xüsusi müxbiri hadisə yerindən video və fotoreportajı təqdim edir.
Qeyd edək ki, hava hücumu zamanı Kiyevdə 11 nəfər həlak olub, 46 sakin isə xəsarət alıb. Kiyev şəhərinin meri Vitali Kliçko iyulun 7-də Kiyevdə matəm elan edildiyini açıqlayıb. Hazırda da dağıntılar altında insanların qaldığı güman olunur.
Rusiya ordusunun şəhərə hava hücumu zamanı, ümumilikdə, 68 müxtəlif tipli raket və 351 drondan istifadə etdiyi bildirilir. Əsas hədəf Kiyev şəhəri olub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev