Çində daşqınlar 39 nəfərin həyatına son qoyub VİDEO
Bakı, 9 iyul, AZƏRTAC
Çinin cənubundakı Quansi-Çjuan muxtar rayonunda leysan yağışlarının yaratdığı daşqınlar nəticəsində 39 nəfər ölüb, 9 nəfər isə itkin düşüb.
AZƏRTAC “China Daily” qəzetinə istinadla xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları daşqınların qarşısının alınması və fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı keçirilən mətbuat konfransında məlumat yayıb.
Bildirilib ki, ölənlər arasında Nanninq şəhərində su anbarının zədələnməsi nəticəsində həlak olanlar da var.
Hazırda itkin düşənlərin axtarışları davam etdirilir, daşqınların nəticələrinin aradan qaldırılması istiqamətində xilasetmə işləri aparılır
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [21:54]
Seul üçtərəfli görüşün Koreya yarımadasında sülhə töhfə verəcəyinə ümid edir
- 16.11.2026 [19:55]