Dənizkənarı Milli Parkda batma təhlükəsində olan şəxs xilas edilib VİDEO
Bakı, 11 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Dalğıclar tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1961-ci il təvəllüdlü Hacıyev İlqar Qəzənfər oğlu Dənizkənarı Bulvar İdarəsinin Mühafizə xidmətinin əməkdaşının iştirakı ilə xilas edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:31]
Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib
- 06.10.2026 [15:17]
Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək
- 06.10.2026 [14:27]
“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib
- 06.10.2026 [12:17]