Kiyevə kütləvi hava zərbələri nəticəsində logistik mərkəzlər dağıdılıb - HADİSƏ YERİNDƏN REPORTAJ VİDEO
Kiyev, 5 avqust, AZƏRTAC
Rusiya ordusunun avqustun 4-dən 5-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə endirdiyi kütləvi hava zərbələri nəticəsində böyük logistik mərkəzlər və anbarlar dağıdılıb. Ən böyük dağıntılardan biri isə Kiyevin Obolon rayonunda yerləşən "Novo Poşta" logistik mərkəzində qeydə alınıb.
Hava hücumu zamanı Kiyev vilayətində azı 15 nəfər həlak olub, 50-dən çox sakin isə xəsarət alıb.
Rusiya ordusunun Kiyevə hava hücumu zamanı ümumilikdə 24 ballistik raket və 4 ədəd "Tsirkon" aeroballistik raket atılıb.
AZƏRTAC-ın xüsusi müxbiri hadisə yerindən video və fotoreportajı təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev