Şəmkirdə ağır yol qəzası ölümlə nəticələnib VİDEO
Şəmkir, 17 avqust, AZƏRTAC
Şəmkirdə ölüm və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2106” ilə “KİA” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində həyatını itirənlər “VAZ” markalı avtomobilin sürücüsü Əlizamin Aslanov, 1988-ci il təvəllüdlü İlahə Alim qızı Məmmədova, 2009-cu il təvəllüdlü Elvin Vüqar oğlu Məmmədov, 1992-ci il təvəllüdlü Hicran Həmzəyeva, 2018-ci il təvəllüdlü Zəhra Vəliyevadır.
Qəzada, həmçinin “VAZ” markalı avtomobilin sürücüsü Əlizamin Aslanovun oğlu 2021-ci il təvəllüdlü Qoşqar Aslanov, Zeynəb Aslanova, Aygün Cəfərova, Zəminə Hüseynova, Seymur Hüseynli, Elnur Hüseynov xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.