Rusiya ordusu Krivoy Roqda ticarət mərkəzini vurub, 14 nəfər həlak olub VİDEO
Kiyev, 21 avqust, AZƏRTAC
Avqustun 21-də Rusiya qoşunları Krivoy Roqdakı ən böyük ticarət mərkəzinə dronlarla hücum ediblər. Hücum zamanı binanın içərisində çoxlu sayda mülki insan olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat verib.
Rusiya ordusu Krivoy Roqdakı "Sonyaçna Qalereya” ticarət mərkəzinə iki dəfə dronlarla hücum edib.
Hava hücumu nəticəsində 14 nəfər həlak olub, daha 121 mülki şəxs yaralanıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev