Pekində İkinci Dünya Robot Yarışması başlayıb VİDEO
Bakı, 22 avqust, AZƏRTAC
Pekində İkinci Dünya Robot Yarışması başlayıb. Açılış mərasiminə 16 ölkədən 666 komanda qatılıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, 2000-dən çox robotun qeydiyyatdan keçdiyi yarış avqustun 26-dək davam edəcək.
Proqrama 30 idman növü üzrə yarışlar daxildir.
Builki yarışa uzunluğa tullanma, ağırlıqqaldırma, kəndirdartma və stolüstü tennis kimi idman növləri də əlavə edilib. Təşkilatçıların sözlərinə görə, qaçış, tullanma və ya döyüş robotları "insan müdrikliyini və texnologiyasını", eləcə də "ədalətli rəqabət və rəqibinə hörmət ruhunu" və "naməlumluğu araşdırmaq və mövcud məhdudiyyətləri aşmaq üçün insan istəyini" təcəssüm etdirir.
İlk Dünya Robot Yarışması ötən il təxminən 500 robotun iştirakı ilə keçirilib.