Şabranda yük və minik avtomobilləri toqquşub, ölən var VİDEO
Şabran, 26 avqust, AZƏRTAC
Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəndob-Yalama yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində yük avtomobili ilə "Hyundai" markalı minik maşını toqquşub. Hadisə zamanı minlik avtomobilində olan sərnişin ölüb, sürücü isə ağır yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Elxan Yusifli