Sabahın hava proqnozu açıqlanıb VİDEO
Bakı, 26 avqust, AZƏRTAC
Azərbaycanda avqustun 27-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24, gündüz 28-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə dərəcə isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35 dərəcə isti təşkil edəcək.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlarda duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 20-25, bəzi yerlərdə 28-32 dərəcə isti olacağı proqnozlaşdırılır.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 20-25, bəzi yerlərdə 28-33 dərəcə isti təşkil edəcəyi bildirilir.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda gecə və axşam saatlarında bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman müşahidə ediləcək. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 29-3 dərəcə isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda bəzi yerlərdə arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz bəzi qərb rayonlarında qısamüddətə fasilə yaranacaq. Gecə və səhər dağlarda duman müşahidə ediləcək. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-21, gündüz 28-32, dağlarda gecə 14-17, gündüz 20-25 dərəcə isti olacağı ehtimal edilir.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 31-36 dərəcə isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlarda duman müşahidə ediləcək. Şimal-şərq küləyi, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-23, gündüz 30-34, dağlarda gecə 17-20, gündüz 24-28 dərəcə isti təşkil edəcək.