Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO
Astana, 26 avqust, AZƏRTAC
Astanada “GASTHERM EXPO 2026” beynəlxalq ixtisaslaşdırılmış sərgisi və “GASTHERM INTERNATIONAL FORUM” - Qazaxıstanın mühəndis infrastrukturunun inkişafı forumu davam edir.
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) tədbirin media tərəfdaşıdır.
AZƏRTAC xəbər verir ki, forumun ikinci günündə ekspertlər və sahə nümayəndələri infrastrukturun modernləşdirilməsi, qaz infrastrukturunun tikintisi, podratçılar bazarı və yeni layihələr, eləcə də mühəndis şəbəkələrinin istismarı məsələlərini müzakirə edirlər.
İşgüzar proqram çərçivəsində “Şüalı isitmə sistemi enerjiyə qənaətin ən səmərəli üsulu kimi” mövzusunda təqdimat keçirilib.
Forumun ikinci günü “GASTHERM AWARDS 2026” təntənəli mükafatlandırma mərasimi ilə başa çatacaq.
Xatırladaq ki, “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” avqustun 25-də Astanadakı EXPO Beynəlxalq Sərgi Mərkəzində işə başlayıb. Sərgidə 5 ölkədən 50-dək şirkət iştirak edir. “GASTHERM EXPO 2026” avqustun 27-dək davam edəcək.