Çinin Tibet bölgəsindəki daşqında ölənlərin sayı artıb VİDEO
Pekin, 28 avqust, AZƏRTAC
Çinin Tibet Muxtar Rayonunun Qyironq bölgəsində qonşu Nepalda baş verən daşqınla əlaqədar ölənlərin sayı 5-ə çatıb.
AZƏRTAC Çin tərəfinin açıqlamasına istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində 558 nəfər itkin düşüb. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı və təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri davam edir. Çin Xalq Respublikasının Sədri Si Cinpinin sədrliyi ilə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına dair iclas keçirilib və müvafiq tapşırılar verilib.
Qeyd edək ki, avqustun 26-da Nepalın Çin ilə həmsərhəd bölgəsində daşqın baş verib. Nəticədə iki ölkə arasındakı sərhəd-keçid məntəqəsi axının altında qalıb. Bundan başqa, Çin tərəfdə məntəqəyə gedən yol bağlanıb, kommunikasiya və elektrik xətləri qırılıb.
Son məlumata görə, Nepal tərəfdə 475 nəfər ölüb, 667-si itkin düşüb, 1545 nəfər xilas edilib. Axtarış-xilasetmə işlərinə 13 mindən çox təhlükəsizlik işçisi cəlb olunub.