Tovuz təhsilində yeni tədris ili üzrə əsas hədəflər müəyyənləşdirilib VİDEO
Tovuz, 28 avqust, AZƏRTAC
Tovuz rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, konfransda ötən tədris ilinin nəticələri təhlil edilib, yeni tədris ili üzrə qarşıda duran əsas vəzifələr və prioritet istiqamətlər müzakirə olunub.
Tədbirdə təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, şagirdlərin fərdi ehtiyaclarının nəzərə alınması, eləcə də məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi məsələlərinə diqqət yetirilib.
Bildirilib ki, hər bir məktəbin qarşılaşdığı problemlər ayrıca təhlil edilməli, mövcud vəziyyətə uyğun konkret və səmərəli həll yolları müəyyənləşdirilməlidir.
Konfrans iki gün davam edəcək. İkinci gün fənlər üzrə ayrı-ayrı panel müzakirələrinin keçirilməsi nəzərdə tutulur.
Müxbir -Ruslan Novruzoğlu