Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatıb YENİLƏNİB VİDEO
Bakı, 29 avqust, AZƏRTAC
Nepalda daşqın nəticəsində itkin düşənlərin sayı 2456 nəfərdir və onların arasında 213 turist də var.
AZƏRTAC xəbər verir ki, bu barədə Fəlakət Risklərinin Azaldılması və Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarənin məlumatında bildirilib. Məlumata görə, xilasetmə əməliyyatına 14 min 889 nəfər cəlb olunub. Yerüstü əməliyyatlar zamanı 4350-dən çox insan xilas edilib.
Ümumilikdə 626 nəfərin cəsədi tapılıb.
Axtarış-xilasetmə əməliyyatı davam edir.
08:49
Nepalın şimal bölgələrində baş vermiş daşqın nəticəsində ölənlərin sayı 616-ya çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Nepal polisi məlumat yayıb. Hüquq-mühafizə orqanlarının son hesabatında 616 cəsədin tapıldığı, 2301 nəfərin yaralandığı və xilas edildiyi bildirilib.