Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda qəbul imtahanlarında birinci olan məzun: “Uğur təsadüf deyil” VİDEO

Naxçıvan, 31 avqust, AZƏRTAC

Naxçıvanda qəbul imtahanlarında ən yüksək nəticəni göstərən məzun bəlli olub. Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin məzunu Elsun Əliyev 690,6 bal toplayaraq muxtar respublika üzrə birinci olub. Bu nəticə onun üçün təkcə yüksək bal deyil, illərlə davam edən məqsədyönlü hazırlığın, zəhmətin və böyük arzunun nəticəsidir.

AZƏRTAC-ın bölgə müxbiri IV qrup üzrə imtahanlarda 690,6 bal toplayan Elsun Əliyevin yaşadığı ünvanda olub, onun və ailə üzvlərinin sevinc və təəssüratlarını öyrənib.

Bu uğurun arxasında illərlə davam edən zəhmət, məqsədyönlü hazırlıq, ailə dəstəyi və müəllim əməyi dayanır. Elsun Əliyev buraxılış imtahanında 293,6, qəbul imtahanının ikinci mərhələsində isə 397 bal toplayaraq, ümumilikdə, 690,6 bal əldə edib.

Nəticəsindən böyük sevinc və qürur hissi keçirdiyini bildirən Elsun Əliyev bu nailiyyətin uzunmüddətli zəhmətinin və qarşısına qoyduğu məqsədə doğru inamla irəliləməsinin nəticəsi olduğunu deyib: “Bu nəticəyə görə çox sevincli və qürurluyam. Yüksək bal toplamağım məktəb illərindən etibarən davamlı şəkildə göstərdiyim səylərin və qarşıma qoyduğum məqsədə doğru inamla irəliləməyimin nəticəsidir. Orta məktəb dövründə RFM, RFO, AMO, SASMO kimi müxtəlif olimpiadalarda bir sıra nailiyyətlər əldə etmişəm. Bununla yanaşı, onlayn platformalardakı yarışlarda uğur qazanaraq birinci yerlərə layiq görülmüşəm. Düşünürəm ki, bütün bu təcrübələr və qazandığım uğurlar da qəbul imtahanında yüksək nəticə göstərməyimdə mühüm rol oynayıb”.

Uşaqlıqdan həkim olmaq arzusunda olduğunu bildirən Elsun gələcəkdə tibb sahəsində çalışmaq istədiyini deyib. “Uşaqlıq arzum həkim olmaqdır. İnsanlara kömək etmək, onların sağlamlığı uğrunda çalışmaq mənim üçün çox dəyərli və məsuliyyətli peşədir. Buna görə də gələcəyimi tibb sahəsində görürəm. İxtisas olaraq Azərbaycan Tibb Universitetinin “Tibb” ixtisasını seçmişəm və həmin ixtisasa qəbul olmuşam”, - deyə o bildirib.

Elsun deyir ki, bu uğurun əldə olunmasında valideynlərinin və müəllimlərinin böyük əməyi var. Onlar hər zaman ona inanıb və dəstək olublar.

O, imtahana hazırlaşan gələcək abituriyentlərə də tövsiyələrini verib, qarşılarına məqsəd qoymağı, vaxtlarını düzgün planlaşdırmağı və çətinliklərdən qorxmamağı məsləhət görüb. “Unutmasınlar ki, uğur təsadüf deyil, davamlı zəhmətin nəticəsidir”, – deyə Elsun bildirib.

Elsunun bu uğurunda ailəsinin də böyük payı var. Anası Samirə Əliyeva oğlunun əldə etdiyi nəticəyə görə böyük qürur və sevinc hissləri keçirdiyini bildirib: “Bu sevinc hissini mənə yaşatdığı üçün oğluma, onun müəllimlərinə təşəkkürümü bildirirəm. Hazırda digər iki övladım da ali təhsilli mütəxəssisdir və həkim kimi çalışırlar. Elsunun da məqsədi onların yolunu davam etdirməkdir. Düşünürəm ki, ata və ana üçün bundan böyük xoşbəxtlik yoxdur. Bir valideyn olaraq dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğıya görə də öz dərin minnətdarlığımı bildirirəm”.

Elsunun babası, uzun illər pedaqoq kimi çalışan Sabir Quliyev isə nəvəsinin uğurundan danışarkən Ümummilli Lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrini xatırladıb. Qeyd edib ki, hər hansı bir millətin inkişafı, ilk növbədə, təhsillə bağlıdır.

45 ilə yaxın orta məktəbdə müəllim işlədiyini bildirən Sabir Quliyev müəllim əməyinin əhəmiyyətindən danışaraq bu barədə yazılmış misraları da xatırladıb:

“Öyrətmək eşqiylə çəkdiyi zəhmət

Bağlıdır tükənməz iradəsinə.

Müəllimin şagirdə verdiyi qiymət

Yüz illər keçsə də dəyişməz yenə”.

Nəvələrinin uğurundan qürur duyduğunu bildirən Sabir Quliyev onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb: “Mən nəvələrimlə fəxr edirəm. Hər üçü də həkimlik peşəsini özləri seçiblər. Mən bu yolda onlara uğurlar arzulayıram. Arzu edirəm ki, onlar gələcəkdə savadlı həkim kimi müstəqil dövlətimizə, xalqımıza yüksək səviyyədə xidmət etsinlər. Bununla yanaşı, bu uğurun əldə olunmasında əməyi olan, gecə-gündüz öz biliklərini əsirgəmədən nəvələrimi öyrədən bütün müəllim kollektivinə öz təşəkkürümü bildirirəm”.

690,6 bal nəticə Elsun Əliyev üçün bir mərhələnin uğurlu sonu, yeni və daha böyük hədəflərin başlanğıcıdır. Qarşıda onu Azərbaycan Tibb Universitetində uzun və məsuliyyətli təhsil yolu gözləyir.

Uşaqlıq arzusunu peşəyə çevirmək istəyən Elsun gələcəkdə savadlı həkim olmağı qarşısına məqsəd qoyub. Onun uğur hekayəsi bir daha göstərir ki, böyük nəticələrin arxasında məqsədyönlü hazırlıq, ailə və müəllim dəstəyi, ən əsası isə davamlı zəhmət dayanır.

Müxbir- Nail Əsgərov

Naxçıvanda qəbul imtahanlarında birinci olan məzun: “Uğur təsadüf deyil” VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün