Ağdam sakini: Həsrətimiz sona çatdı VİDEO
Bakı, 1 sentyabr, AZƏRTAC
Ağdam sakinləri üçün bu gün uzun illər gözlənilən arzu gerçəkləşir. Onlar 33 illik ayrılıqdan sonra doğma yurdlarına qayıdırlar.
AZƏRTAC xəbər verir ki, Ağdam sakini Ağca Hacıyeva da doğma şəhərinə qayıdanlar arasındadır. Onun üçün bu günün ən böyük mənası illərlə davam edən həsrətin sona çatmasıdır: “Həsrətimiz sona çatdı. Allaha şükür ki, yerimizə, yurdumuza qayıdırıq”.
Keçmiş məcburi köçkün bu günün gerçəkləşməsi ilə əlaqədar Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O, eyni zamanda, şəhidlərin fədakarlığını xüsusi vurğulayıb: “Şəhidlərimizin ruhu şad olsun. Allah Prezidentimizə də cansağlığı versin”.
Ağca Hacıyeva doğma yurda tək qayıtmır. Qızı, bacısı və nəvəsi də onunla birlikdə Ağdama gedirlər.
Fotoqraf - Səfiyar Məcnun
Videooperator - Ələkbər Baxşıyev