Sadiq Qurbanov: İqlim sisteminin dəyişməsində insan fəaliyyətinin təsirləri mühüm rol oynayır VİDEO
Bakı, 7 sentyabr, AZƏRTAC
Meşə yanğınlarının genişlənməsi, şəhərlərdə istiliyin artması, daşqınlar, sürüşmələrin intensivləşməsi, dağ buzlaqlarının əriməsi planetdə gedən proseslərin bir-biri ilə əlaqəli olduğunu göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı İqlim Fəaliyyəti Həftəsi 2026-nın (BCAW2026) açılış mərasimində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov söyləyib.
Bu hadisələrin hər birinin ayrıca təbii səbəbi olduğunu diqqətə çatdıran komitə sədri deyib: “Lakin onları qlobal miqyasda, uzunmüddətli dinamika daxilində nəzərdən keçirdikdə daha böyük mənzərə ortaya çıxır. Yerin iqlim sistemi dəyişir. Bu dəyişmədə insan fəaliyyətinin yaratdığı antropogen təsirlər mühüm rol oynayır”.