Rusiya ordusu Kiyevi ballistik raketlərlə vurub, ölənlər və xəsarət alanlar var VİDEO
Kiyev, 8 sentyabr, AZƏRTAC
Rusiya ordusunun Kiyevə endirdiyi ballistik raket zərbələri nəticəsində Ukraynanın paytaxtında dağıntılar qeydə alınıb, ölənlər var.
AZƏRTAC Kiyev şəhər Hərbi Administrasiyasına istinadla xəbər verir ki, sentyabrın 8-nə keçən gecə saatlarında paytaxtda ballistik raket hücumu nəticəsində azı iki nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb.
Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatında isə qeyd edilib ki, Kiyevin beş rayonunda yanğınlar və dağıntılar qeydə alınıb. Xilasedicilər 10 nəfəri xilas edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev