Azərbaycan Dövlət İnformasiya Agentliyi

BCAW2026: Kənd təsərrüfatının iqlim çağırışlarına davamlılığı əsas müzakirə mövzusu olub VİDEO

Bakı, 8 sentyabr, AZƏRTAC

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW2026) çərçivəsində "Fəaliyyətdə Harmoniya: İqlimə Dayanıqlı Kənd Təsərrüfatı naminə Əməkdaşlıq" mövzusunda yüksəksəviyyəli dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev kənd təsərrüfatının ekstremal istilərə, quraqlığa, daşqınlara, dəyişən yağış nümunələrinə və artan su qıtlığına daha çox məruz qaldığını və bunun təsirlərinin artıq ölçüləbilən səviyyədə olduğunu bildirib.

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi bildirib ki, 2025-ci ildə rekord həddə çatan ən uzun isti dalğası Şəkidə 14, Bakıda isə 7 gün davam edib. Bu dəyişən tendensiya qəfil daşqınlarda da özünü göstərir. "2015-ci ildə 15 belə hal qeydə alınıbsa, 2020-ci ildə bu rəqəm 36, 2025-ci ildə isə 33 olub. Bu rəqəmlər göstərir ki, biz artıq iqlim dəyişikliyini sadəcə müşahidə etmirik, onu birbaşa yaşayırıq. Kənd təsərrüfatı üçün bəlkə də ən böyük çətinlik proqnozlaşdırıla bilməməzlikdir. Bu, məhsulun nə vaxt əkiləcəyinə, nə qədər suyun əlçatan olacağına, hansı bitkilərin yetişdirilə biləcəyinə və fermerlərin sərmayə qoymasına birbaşa təsir edir", - deyə o əlavə edib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün kənd təsərrüfatının dövrümüzün ən mühüm çağırışlarının kəsişməsində dayandığını diqqətə çatdırıb. O, iqlim dəyişikliklərinin torpaq və su ehtiyatlarına təzyiqi artırdığını, məhsuldarlığa təsir göstərdiyini və fermerlər üçün yeni risklər yaratdığını bildirib. Nazirin sözlərinə görə, artan qeyri-müəyyənlik şəraitində ərzaq istehsalını daha səmərəli və dayanıqlı şəkildə təmin etmək lazımdır. “Buna görə də əsas sual artıq kənd təsərrüfatının transformasiyasının zəruri olub-olmaması deyil, bu transformasiyanı necə daha sürətli, daha ağıllı, daha dayanıqlı və daha inklüziv həyata keçirə biləcəyimizdir. Azərbaycanın bu məsələyə baxışı aydındır. Biz kənd təsərrüfatının gələcəyini məhsuldar, rəqabətqabiliyyətli, iqlimədavamlı, getdikcə daha çox bilik, innovasiya və texnologiyalara əsaslanan inkişaf modelində görürük”, - deyə nazir vurğulayıb.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev təşəbbüslərdə qadın fermerlərin, gənclərin və elmi ictimaiyyətin səylərini birləşdirməli, həmçinin yerli və beynəlxalq qabaqcıl təcrübələrin tətbiqi üçün gücləri səfərbər etməyin vacibliyini diqqətə çatdırıb. “Biz artıq bu əməkdaşlığın ilk bəhrələrini görürük. "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ictimaiyyət və Milli Məclis tərəfindən müsbət qarşılanıb”, - deyə komitə sədri əlavə edib.

COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu və BCAW layihəsinin rəhbəri Nigar Arpadarai fermerlərin su qıtlığı kimi iqlim dəyişikliklərinin təsirlərini ilk hiss edənlər sırasında olduğunu vurğulayaraq deyib: "Bu, bizim üçün mücərrəd siyasət deyil. Söhbət kənd icmalarının dayanıqlılığından, ərzaq təhlükəsizliyimizdən, milli iqtisadi inkişafımızdan və davamlı gələcəyimizdən gedir. Yarandığı gündən “Harmoniya” təşəbbüsü elmi cəhətdən əsaslandırılmış qabaqcıl təcrübələrə uyğun, iqlimə davamlı, dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verən texnologiyalara xüsusi önəm verib. Biz bu mandatı ciddi qəbul etməli və fəaliyyətimizi buna uyğun qurmalıyıq”.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat kənd təsərrüfatını bəşər sivilizasiyasının bünövrəsi adlandıraraq deyib: "Bu bünövrə hazırda təhlükə altındadır və bununla bağlı tədbir görmək bizim öhdəliyimizdir. Çünki kənd təsərrüfatı olmasa, ərzaq olmaz, ərzaq olmasa, iqtisadi artımın digər sahələrindən söz gedə bilməz".

FAO-nun nümayəndəsi Evetta Zenina kənd təsərrüfatının daha səmərəli və dayanıqlı inkişafı üçün inteqrasiya olunmuş yanaşmanın tətbiqi və mövcud təşəbbüslər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü” COP29 sədrliyinin FAO ilə sıx tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi əsas təşəbbüslərdən biridir. Təşəbbüsün məqsədi aqrar-ərzaq sistemlərinin dayanıqlılığını artırmaq, iqlim maliyyəsinə çıxışı genişləndirmək və fermerlər, maliyyə institutları, beynəlxalq təşkilatlar və digər maraqlı tərəflər arasında əməkdaşlığı gücləndirməkdir.

Dəyirmi masa müzakirələrlə davam edib.

BCAW2026: Kənd təsərrüfatının iqlim çağırışlarına davamlılığı əsas müzakirə mövzusu olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sinqapur sahillərində saxlanılan kruiz gəmisinin onlarla heyət üzvü gəmini tərk edə bilmir

Liviyanın neft itkiləri 30,7 milyon dolları ötüb

Serbiya Avropa İttifaqı-Qərbi Balkanlar sammitində iştirak etməyəcək

Meksikada kartel rəhbərinin saxlanılması əməliyyatı zamanı dörd hərbçi həlak olub

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

“Mançester Siti” doğma meydanda “Fulhem”ə qalib gələ bilməyib

Husilərin Ər-Riyada PUA hücumunun qarşısı alınıb

“Real” İspaniya çempionatında ardıcıl altıncı qələbəsini qazanıb

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

“SpaceX” ABŞ Kosmik Qüvvələri üçün peyklər daşıyan raket buraxıb

Bəhreyn DİN: İranın hücumu nəticəsində sənaye obyektində yanğın baş verib

Azərbaycan Sarayevoda ənənəvi Diplomatik Qış Bazarı xeyriyyə yarmarkasında təmsil olunub

Azərbaycanlı döyüşçü UFC-də ikinci qələbəsini qazanıb

“Uşaq Hüquqları Aylığı” çərçivəsində “Cəsur” tamaşası nümayiş olunub

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

Pakistanın federal nazirinə Azərbaycanın “İqlim naminə mədəniyyət” təşəbbüsü barədə məlumat verilib

Finlandiyada yaşayan soydaşlarımız üçün səyyar konsulluq xidməti təşkil edilib

Çinin “MiniMax” süni intellekt şirkətinin təsisçisi sərvətinin 90 faizindən çoxunu itirib

Bu gün Fransada keçirilən etiraz aksiyalarında 80 mindən çox insan iştirak edib

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb VİDEO

Aİ və İndoneziya onillik danışıqlardan sonra sərbəst ticarət sazişi imzalayıb

“Costa Concordia” gəmisinin keçmiş kapitanı doqquz ildən sonra şərti azadlığa buraxılıb

Hindistanın şimal-şərqində saxta spirtli içkidən 11 nəfər ölüb, 180 nəfər zəhərlənib

Nigeriyada gəmi qəzası: 50-dən çox insan ölüb, axtarışlar davam edir

Əraqçi: İranın tələbləri yerinə yetirilməyənə qədər Hörmüzün açılması müzakirə olunmayacaq

Arzu Rzayeva: Ən əziz xatirələrim və musiqidə ilk addımlarım Xankəndi ilə bağlıdır - MÜSAHİBƏ

Bakıda şəhid jurnalistlərin xatirəsinə həsr olunan minifutbol turniri başa çatıb VİDEO

Bakıda şəhid jurnalistlərin xatirəsinə həsr olunan minifutbol turniri başa çatıb VİDEO

ABŞ Prezidenti: Rusiya ilə Ukrayna arasında daha əhatəli atəşkəsə nail olmaq istəyirik

Tramp: ABŞ və İran arasındakı razılaşma daimi olmalıdır

Bu saata olan əsas xəbərlər

Avstriya Xarici İşlər Nazirliyinin saytına kiberhücum olub

“Nvidia” bir neçə həftədə 1,4 trilyon dollar kapitallaşma itirib

Şəki COP31 çərçivəsində qlobal iqlim təşəbbüsündə dünyanın 69 şəhəri sırasında yer alıb VİDEO

Şəki COP31 çərçivəsində qlobal iqlim təşəbbüsündə dünyanın 69 şəhəri sırasında yer alıb VİDEO

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır

Dövlət Komitəsinin sədri: Aqressiv estetik və kosmetoloji prosedurlar ciddi fiziki və psixoloji fəsadlara yol aça bilər

Nigeriya ordusu 21 İŞİD terrorçusunu məhv edib

Finlandiya Aİ-ni rusiyalı idmançılara qarşı vahid viza qadağası tətbiq etməyə çağırıb

Aİ-nin 2028–2034-cü illər büdcəsində müdafiə xərcləri 232 faiz artırıla bilər

Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb

Uşaqların hüquqlarının qorunmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib

Stokholmda zorakılıq halları səbəbindən xüsusi məktəblərin sayının artırılması planlaşdırılır

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub

Danimarka Aİ-yə Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin dayandırılmasını təklif edib

Azərbaycan ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

Vyetnamla münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin məntiqi davamıdır - ŞƏRH

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb

Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib

İraqda elektrik stansiyasında yanğın: 4 ölü, 35 yaralı

Taleyi naməlum azərbaycanlılar - yarımçıq qalan həyatların ağrısı

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Sənətkarlarımız yenidən “Ağdam üçün oxu”yur VİDEO

Sənətkarlarımız yenidən “Ağdam üçün oxu”yur VİDEO

Ekspert: İtkin düşmüş azərbaycanlıların taleyinin aydınlaşdırılması qarşılıqlı etimad səyləri üçün sınaqdır

Biləsuvarda hindquşu festivalı milli mətbəx nümunələrini və bölgənin turizm imkanlarını bir araya gətirib VİDEO

Biləsuvarda hindquşu festivalı milli mətbəx nümunələrini və bölgənin turizm imkanlarını bir araya gətirib VİDEO

Bakıda Kəlağayı Festivalının açılışı olub VİDEO

Bakıda Kəlağayı Festivalının açılışı olub VİDEO

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar VİDEO

Laçın şəhərinə aid memarlıq layihəsi “Qızıl Trezzini” mükafatına layiq görülüb

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Vyetnam səfəri: Azərbaycan yeni tərəfdaşlıq platformaları formalaşdırır

Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq VİDEO

Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq VİDEO

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır VİDEO

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır VİDEO

Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq VİDEO

Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq VİDEO

To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur VİDEO

To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur VİDEO

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib VİDEO

“Yeməyə dəyər”də bu dəfə heyvadan fərqli təamlar hazırlandı VİDEO

“Yeməyə dəyər”də bu dəfə heyvadan fərqli təamlar hazırlandı VİDEO

Krivoy-Roqa hava hücumu nəticəsində ölənlər və yaralananlar var

Gürcü politoloq: İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması Cənubi Qafqazda dayanıqlı sülh üçün vacibdir

Türkiyə parlamenti Avropa İttifaqı ilə vizasız rejimə dair son 6 meyarı müzakirə edəcək

Polis narkotik və güclü təsiredici dərman preparatlarının qanunsuz satışına qarşı əməliyyat keçirib VİDEO

Polis narkotik və güclü təsiredici dərman preparatlarının qanunsuz satışına qarşı əməliyyat keçirib VİDEO

Nəqliyyat Muzeyinin direktoru: Moskva–Bakı retro avtomobil yürüşünü təşkil etmək maraqlı olardı VİDEO

Nəqliyyat Muzeyinin direktoru: Moskva–Bakı retro avtomobil yürüşünü təşkil etmək maraqlı olardı VİDEO

Sabahın hava proqnozu açıqlanıb

ABŞ-də aqrar təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

P-TEC-in nazirlər görüşündə Cənubi Qafqazda həyata keçirilən strateji enerji layihələrindən danışılıb

İtkinlərin taleyinə aydınlıq gətirilməsi sülhə sadiqliyin ən inandırıcı göstəricilərindən biri olmalıdır - ŞƏRH

“Sabahın alimləri”nin elmi tədqiqatı COP31 çərçivəsində təqdim edilib

® Gəncə avtomobil zavodu “Regional Expo Gəncə 2026” sərgisində iştirak edir

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

Azərbaycan dünyanın ən böyük nağıl festivalında təmsil olunub

İrəvanın humanitar dialoq çağırışları itkin azərbaycanlıların taleyinə aydınlıq gətirməlidir – ŞƏRH

Professor: Ermənistanın itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirməməsi etimadın yaranmasına mane olur

Əziz Əliyevin 130 illik yubileyi Qubada qeyd edilib VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Qubada qeyd edilib VİDEO

Bu saata olan əsas xəbərlər

Politoloq: Azərbaycan-Vyetnam münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur

Azərbaycan parataekvondoçusu dünya çempionatının bürünc medalını qazanıb

Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır VİDEO

Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır VİDEO

Naxçıvanda genişmiqyaslı ağacəkmə aksiyası - 13 min ting əkilib

Vyetnam Prezidenti: Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik VİDEO

Vyetnam Prezidenti: Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik VİDEO

Ümumdünya Ərzaq Proqramı qlobal aclıq təhlükəsi fonunda gələn il 91 milyon insana yardım edəcək

Azərbaycan Ordusunda daşqaldırma üzrə birincilik keçirilib

Mədəniyyət naziri Yeni Dehlidə keçirilən forumun açılış sessiyasında çıxış edib YENİLƏNİB

İspaniyada ilk dəfə azərbaycanşünaslıq üzrə magistratura proqramına başlanılıb

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Fövqəladə Hallar Nazirliyi çoxmərtəbəli yaşayış binalarında şərti yanğın təlimi keçirib VİDEO

Fövqəladə Hallar Nazirliyi çoxmərtəbəli yaşayış binalarında şərti yanğın təlimi keçirib VİDEO

“Vasa” gəmisi: dənizin dərinliklərindən muzeyə VİDEO

“Vasa” gəmisi: dənizin dərinliklərindən muzeyə VİDEO

Arxeoloji qazıntılar Azərbaycanın şəhər mədəniyyətinin tarixinin dərindən öyrənilməsinə imkan yaradır

Göygöldə Dövlət Proqramının icra vəziyyəti araşdırılıb

Baş Dövlət Yol Polisi İdarəsi səfərə hazırlaşan sürücülərə müraciət edib

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Qusarda kənd təsərrüfatı sahəsinə 78 milyon 370 min manat investisiya qoyuluşu nəzərdə tutulur