AHİK rəsmisi: Yeni iş yerlərində təhlükəsiz əmək vacibdir VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə yeni müəssisələrin yaradılması və iş yerlərinin açılması sevindirici haldır. Bu, məşğulluğun təmin olunmasına mühüm töhfə verir. Bununla yanaşı, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması da xüsusi diqqət tələb edir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) şöbə müdiri Adil Rəhimli deyib.
O bildirib ki, təhlükəsiz əmək şəraitinin təmin olunmasına ictimai nəzarət konfederasiyanın əsas fəaliyyət istiqamətlərindəndir. Bu məqsədlə dövlət qurumları və sosial tərəfdaşlarla birgə maarifləndirmə tədbirləri keçirilir: “Əsas məqsəd işəgötürənlərin və işçilərin əməyin mühafizəsi sahəsində bilik və bacarıqlarını artırmaqdır”.
Şöbə müdiri vurğulayıb ki, AHİK əməyin mühafizəsinin təkmilləşdirilməsi sahəsində Böyük Britaniyanın Əməyin təhlükəsizliyi sahəsində ixtisaslaşmış institutlarının İOSH təhlükəsizliyi idarəetmə modulunu tətbiq edib. “Konfederasiyanın tərkibindəki Əmək və Sosial Münasibətlər Akademiyasında həmin modul üzrə kurslarımız təşkil olunur. Bu sahədə ixtisaslaşmaq istəyən vətəndaşlar imkandan yararlanaraq beynəlxalq sertifikat əldə edə bilirlər. Bu istiqamətdə fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik”, – deyə Adil Rəhimli diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.09.2026 [20:19]
Bakının Balaxanı qəsəbəsində obyektdə yanğın baş verib
- 08.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 08.09.2026 [18:38]
Şəki və Zaqatala sakinləri Amerika ağ kəpənəyi ilə bağlı maarifləndiriliblər
- 08.09.2026 [18:16]
Gədəbəydə vətəndaşların müraciətləri dinləniləcək
- 08.09.2026 [18:15]
DİN AMERİPOL-da müşahidəçi statusu qazanıb
- 08.09.2026 [18:02]
Yağışlı Bakıdan FOTOLAR
Bu saata olan əsas xəbərlər
- [20:00]
Yağışlı Bakıdan FOTOLAR
- [18:02]
AZAL Ciddəyə uçuşları bərpa edir
- [16:18]