İraqlı din xadimi: Şuşada məscidlərin gözəl şəkildə bərpa edildiyini gördük VİDEO
Şuşa, 8 sentyabr, AZƏRTAC
İraqın Mosul vilayətindən gəlmişəm. Azərbaycanda ilk dəfədir oluram. Qarabağa gələrkən kəndlərin 1991-2000-ci illərdə necə dağıdıldığını gördük.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şuşaya səfər edən iraqlı din xadimi Yahya Qahtan Mahmood deyib.
“Şuşada qədim və tarixi yerləri gəzdik, məscidləri ziyarət etdik. Burada 17 məhəllə və 17 məscid olub. Məscidlərin gözəl şəkildə bərpa edildiyini gördük. Burada insanların rahat yaşadığına, hər kəsin öz işi ilə məşğul olduğuna şahidlik etdik. İnşallah, növbəti səfərimizdə də Şuşada insanların firavan yaşadığını görərik”, – deyə o bildirib.
Müxbir – Tahir Ağaməmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.09.2026 [21:51]
Gürcüstanlı din xadimi: Şuşaya səfər mənə zəngin təəssürat bəxş etdi
- 08.09.2026 [21:47]
Türk din xadimi: Çanaqqalanı görmək qədər Qarabağı görmək də vacibdir VİDEO
- 08.09.2026 [19:10]