Azərbaycan Dövlət İnformasiya Agentliyi

Komitə sədri: Din xadimlərinin fəaliyyətində birləşdirici yanaşma vacibdir VİDEO

Ağdaş, 9 sentyabr, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ağdaşda “Məzhəb ayrı-seçkiliyi: həmrəyliyə təhdid kimi” mövzusunda regional konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin Ağdaş şəhərində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Konfransda Dövlət Himni səsləndirilib, “Azərbaycan – sülh və harmoniya məkanı” adlı videoçarx nümayiş etdirilib.

Tədbirdə Dövlət Komitəsinin, Ağdaş Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Ucar, Kürdəmir, Zərdab və Göyçay rayonlarında fəaliyyət göstərən ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə qeyd edib ki, Azərbaycanda dövlət quruculuğu, ictimai-siyasi sabitliyin və dövlət-din münasibətlərinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə dini etiqad azadlığının təmin olunması, dini dözümlülük və multikulturalizm ənənələrinin qorunması dövlət siyasətinin prioritetləridir. Prezident İlham Əliyevin sərəncamları ilə 2016-cı ilin "Multikulturalizm", 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması, həmçinin Azərbaycan İlahiyyat İnstitutunun və Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması bu istiqamətdə atılmış mühüm addımlardır. O.Hüseynzadə müxtəlif din və məzhəblərin nümayəndələrinə göstərilən qayğının dövlətin din siyasətində mühüm yer tutduğunu deyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, fərqlilik həyatın təbii reallığıdır və güclü cəmiyyət müxtəlif baxışları qarşıdurmaya çevirmədən qarşılıqlı anlaşma şəraitində uzlaşdıra bilməlidir. R.Məmmədov Azərbaycan tarixində bunun bariz göstəricilərinin kifayət qədər olduğunu deyib. Qeyd edib ki, müxtəlif dini konfessiyaların və məzhəblərin tolerantlıq və vəhdət mühitində birgə yaşaması xalqımızın tarixi yaddaşında mühüm yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə bu zəngin tarixi təcrübə müasir dövlətçilik dəyərləri ilə tamamlanır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun humanitar sahədə həyata keçirdiyi çoxşaxəli təşəbbüslər müxtəlif dini və mədəni irs nümunələrinə ehtiramın, fərqliliklərə həssas münasibətin, ümumbəşəri dəyərlərə bağlılığın ifadəsidir.

Ramin Məmmədov vurğulayıb ki, Vətənə sədaqət, ortaq tarix və yaddaş, milli həmrəylik və ümumi gələcəyə inam Azərbaycan cəmiyyətini birləşdirən əsas dəyərlərdir. 44 günlük Vətən müharibəsi müxtəlif dini konfessiya və məzhəblərə mənsub insanların vahid amal ətrafında birliyinin parlaq nümunəsi, cəmiyyətimizin dərin qatlarında formalaşmış milli həmrəyliyin, Vətənə bağlılığın və dövlətçilik şüurunun real təzahürüdür.

Bu prinsipin yaşadılmasında din xadimlərinin üzərinə düşən məsuliyyətə də toxunan Komitə sədri onların söylədikləri fikirlərin insanların dünyagörüşünə və dini icmalardakı mənəvi mühitə təsir göstərdiyini diqqətə çatdırıb. Bu baxımdan din xadimlərinin fəaliyyətində birləşdirici və məsuliyyətli yanaşmanın vacibliyini qeyd edib. Həmçinin müasir informasiya mühitində gənclərin dini məlumatları etibarlı mənbələrdən əldə etmələrinin, radikal və kənar ideoloji təsirləri düzgün qiymətləndirmək bacarığının gücləndirilməsinin mühüm vəzifələrdən olduğunu deyib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağ Zəfərinin əldə olunmasında xalq-iqtidar birliyinin, Azərbaycan xalqının milli ruhunu və Ordunun gücünü əsas amillər kimi qeyd etdiyini bildirib. Vurğulayıb ki, həmrəylik Azərbaycan xalqının ən dəyərli sərvətidir və Vətən müharibəsində qazanılan Qələbə məhz bunun nəticəsidir. Məzhəb ayrı-seçkiliyinin milli birliyə qarşı təhdidlərindən də bəhs edən deputat xüsusilə sosial media alqoritmlərinin radikal və emosional fikirlərin daha sürətlə yayılmasına şərait yaratmasından, bunun da formalaşmaqda olan gənc nəslin dünyagörüşünə ciddi təsir göstərməsindən danışıb. Onun sözlərinə görə, gənclər üçün ənənəvi nüfuz sahiblərindən daha çox, sosial media alqoritmlərinin önə çıxardığı təsadüfi şəxslər daha böyük təsir gücünə malikdir.

Milli Məclisin deputatı Məzahir Əfəndiyev dövlət-din münasibətlərinin formalaşmasında, müxtəlif konfessiya və məzhəb nümayəndələrinin fəaliyyətlərinin düzgün təşkil olunmasında keçirilən regional konfransların önəmindən bəhs edib. Bildirib ki, ilahiyyatçıların, müvafiq sahədə fəaliyyət göstərən alimlərin maarifləndirmə işinin gücləndirilməsi, İslam irsinin düzgün şəkildə təbliği cəmiyyət üçün xüsusi əhəmiyyət daşıyır. Dini maarifləndirmə tədbirlərinin cəmiyyətdə tolerantlığın və qarşılıqlı hörmətin möhkəmləndirilməsinə töhfə verdiyini ifadə edən deputat ilahiyyatçıların milli-mənəvi dəyərlərin ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Tədbir işini “Azərbaycan birgəyaşayış nümunəsi kimi: tarixi ənənələr və müasir çağırışlar”, eləcə də “Məzhəbçilik zəminində radikallaşma: risklər və mübarizə yolları” mövzuları üzrə panel müzakirələrlə davam etdirib.

Müxbir – Rəşad Türkoğlu

 

Komitə sədri: Din xadimlərinin fəaliyyətində birləşdirici yanaşma vacibdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdərənin Suqovuşan kəndində müasir yaşayış və sosial infrastruktur yaradılıb

Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub

Xəlilur Rəhman Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumatlandırılıb

Geridə qalan köçkünlük, Kəlbəcərdə yeni emalatxana: Bir dülgərin QAYIDIŞ HEKAYƏSİ

Siyasi şərhçi: Xəzər hövzəsində ekoloji problemlərin həlli regional əməkdaşlıq tələb edir

İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

SEPAH ABŞ ilə hərbi qarşıdurmanın başa çatmasının mümkün olduğunu açıqlayıb

Analitiklər beynəlxalq bazarlarda dizel böhranı barədə xəbərdarlıq edirlər

Fransa Futbol Federasiyası İnfantinonu dəstəkləməkdən imtina edib

“Samsung”un rəhbəri anasından 1,42 milyard dollarlıq səhm alır

Çin enerji şirkətlərinin Azərbaycandakı fəaliyyəti istiqamətində görüləcək işlər dəyərləndirilib

Vivek Şah: Bakı Dialoqunun əsas məqsədi su və iqlim gündəliyi üzrə ortaq prioritetləri müəyyənləşdirməkdir

Siyasi şərhçi: Azərbaycanın əsas hədəfi COP29 irsini konkret layihələrə və investisiyalara çevirməkdir

Xankəndidə keçiriləcək növbəti əmək yarmarkasında 200-ə yaxın vakansiya təqdim ediləcək

“Azərbaycan florasının konspekti” - fundamental elmi nəşr

Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi

Rusiyalı professor: XIV Beynəlxalq Altay topluluqları simpoziumu Türk dünyası üçün çox vacibdir

Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür

Kürşad Zorlu: Türkiyənin təhsil müəssisələrində Türk dünyasının ortaq dəyərləri tədris ediləcək

Şəhid övladları üçün təşkil olunan “Bir dastan, bir nəsil” layihəsi yekunlaşıb

İqlim maliyyəsinin səfərbər edilməsi mövzusunda dəyirmi masa keçirilib

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlanır

ABŞ-İran hərbi toqquşmaları, iqtisadi nəticələr – Analitik icmal

Yeni aqrar siyasət iqlim və geosiyasi çağırışlara çevik reaksiyanı nəzərdə tutur - ŞƏRH

Zəhra Zümrüd Səlcuq: Azərbaycan İƏT məkanında diasporla iş sahəsində aparıcı aktorlardan biridir

Dmitri Mariyasin: “İqlim fəaliyyəti üçün su” təşəbbüsü son dərəcə zəruri platformadır

BSU beş ölkədən olan müəllim, tələbə və şagirdləri bir araya gətirib

Dunay çayının Budapeştdən keçən hissəsində suyun səviyyəsi tarixi minimuma enib

Maykl Kerrik: “Sabah” çox hazırlıqlı və özünəməxsus oyun üslubu olan komandadır

“Sinxua”: Azərbaycan dünyanın ən iri fındıq istehsalçıları və ixracatçılarından biridir

Prezidentin nümayəndəsi: Sudan səmərəli istifadəni təkmilləşdirməliyik

Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib

ADPU-nun rektoru: Kimliyini qoru, ana dilində düşün və yarat, rəqəmsal dünyanı idarə et

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində özəl sektorun iqlim fəaliyyətində rolu müzakirə olunub

Asiya ölkələrinin liman rəhbərləri, nəqliyyat və logistika sahəsinin nümayəndələri Bakıya toplaşıb VİDEO

Asiya ölkələrinin liman rəhbərləri, nəqliyyat və logistika sahəsinin nümayəndələri Bakıya toplaşıb VİDEO

Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib

İraq OPEC üzrə istehsal kvotasının artırılmasını tələb edir

Türkiyənin Atatürk Universiteti öz süni intellekt sistemini yaradıb

Ekspert: Süni intellekt kənd təsərrüfatında iqlim risklərini əvvəlcədən görməyə imkan verir

AQTA heyvandarlıq sahəsində fəaliyyət göstərən fermerlərə və sahibkarlara çağırış edib

Xocavənddə "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib

“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib

Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB

Gömrükçülər külli miqdarda metamfetamin aşkarlayıblar

Yaşıl İqlim Fondu inkişaf etməkdə olan ölkələrə 20 milyard ABŞ dolları məbləğində vəsait ayıracaq

Gömrük Komitəsinin sədri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Vaxtanq Çaraia: Orta Dəhliz və TRIPP Azərbaycan ilə Gürcüstanın mühüm tərəfdaşlara çevrilməsinə şərait yaradacaq

® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib

Azərbaycanın 16 cüdoçusu Budapeştdəki “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq

“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır

® “Birbank Taksit” kartı sentyabrda daha çox qazandırır: 3 faiz əlavə bonus

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb VİDEO

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb VİDEO

BMU-ya yeni qəbul olunan tələbələrlə tanışlıq görüşlərinə başlanılıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin yüksəksəviyyəli açılış mərasimi olub YENİLƏNİB VİDEO

bp ölkədə enerji səmərəliliyi üzrə mütəxəssis potensialının inkişafına dəstək olur

Şahzadə Uilyam Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edir

“Özbək xalq nağılları” kitabı işıq üzü görüb

Memarlıq və İnşaat Universitetinə yüksək balla qəbul olunan tələbələrlə görüş olub

Britaniyada yüzlərlə aviareys ləğv edilib

Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası

“Bakı İqlim və Sülh üzrə Fəaliyyət Platforması” çərçivəsində 3 ölkə ilə birgə işçi qrupları yaradılıb

Müəllim: Şagirdlər oxumağı dayandırmayıb, sadəcə məlumat əldə etmə üsulları dəyişib

Hikmət Quliyev: Türkoloji Qurultayın 100 illiyi elmi əlaqələri gücləndirir

“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb

Yalçın Rəfiyev: İqlim dəyişikliyi qlobal sülh və təhlükəsizlik üçün ciddi təhdidə çevrilib

Dövlət satınalmalarında iştirak edən təchizatçı şirkətlər üçün təlim baş tutub

Almaniyanın müdafiə naziri: Müdafiə xərclərinin təxminən yarısı yeni texnologiyalara yönəldilib

Elnur Soltanov: Enerji keçidində özəl sektorun iştirakı vacibdir

Maldiv rəsmisi: İqlim dayanıqlılığı sülhə qoyulan investisiyadır

BDU-nun biotexnologiya ixtisasını seçən tələbə: Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm

Nazir müavini: Enerji keçidi dünyanın siyasi-iqtisadi mənzərəsini dəyişəcək əsas proseslərdəndir

Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov

Azərbaycan paraüzgüçüləri Avropa çempionatında növbəti dəfə finala yüksəliblər

CECECO: Enerji keçidi yalnız texnologiyalar, infrastruktur və investisiyalarla bağlı deyil

Gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə qrant müsabiqəsi elan ediləcək

Professor Amin İsmayılovun fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

“Azərbaycan Dəmir Yolları” Çin limanları ilə Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir

“Kəpəz”in kapitanı məşq zamanı zədələnib

Muxtar Babayev: Əsas prioritet beynəlxalq öhdəlikləri praktik və ölkələrin özlərinin rəhbərlik etdiyi fəaliyyətə çevirməkdir

Elmir Babayev: “Kəndə gəl” yay düşərgəsi gənc alimlərin inkişafı üçün mühüm platforma oldu

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 10,3 faiz artıb

Məktəblərdə yeni tədris ilinin prioritetləri müəyyənləşdirilir

Aleksandr Yakovleviç Şarovski

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Ersin Ayvaz: Ağdamda dövlətin gücünü, insanların birliyini və sevgisini gördük VİDEO

Təhsil eksperti: Təhsilin müdafiəsi yalnız bir gün deyil, daim diqqətdə saxlanılmalıdır

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

Türkiyəli din xadimi: Ağdamdakı məzarlıqda gördüklərimiz bizi çox sarsıtdı VİDEO

20 Sentyabr: Azərbaycanın suverenliyinin tarixə çevrildiyi gün

Danimarka mediası PISA nəticələri barədə: Bəşəriyyət sadəcə olaraq getdikcə daha da səfehləşir

Komitə sədri: Din xadimlərinin fəaliyyətində birləşdirici yanaşma vacibdir VİDEO

Komitə sədri: Din xadimlərinin fəaliyyətində birləşdirici yanaşma vacibdir VİDEO

Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur

“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb

ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir VİDEO

ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir VİDEO

Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub

Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib

ABŞ-də çalışan azərbaycanlı alim: Azərbaycanın milli genom məlumat bazasının yaradılması səhiyyə üçün mühüm imkanlar aça bilər – MÜSAHİBƏ

Fransada əməkdaşların əmanətlərinə vergi məsələsi: Hökumət geri çəkildi, hüquq-mühafizə orqanlarına müraciət edildi