Hasil Abbasov: Xankəndidə keçirilən əmək yarmarkası işəgötürənlər və işaxtaranlar üçün gözəl fürsət olacaq VİDEO
Xankəndi, 11 sentyabr, AZƏRTAC
Bu gün Xankəndidə növbəti əmək yarmarkasını keçiririk. Bu, işğaldan azad olunmuş ərazilərdə keçirilən sayca 19-cu əmək yarmarkasıdır. Yarmarkada 26 işəgötürən tərəfindən 222 vakansiya təqdim olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Xankəndidə jurnalistlərə müsahibəsində Dövlət Məşğulluq Agentliyinin sədri Hasil Abbasov deyib.
“Yarmarkada Xankəndi, Xocalı rayonu və onun ətrafındakı yaşayış məntəqələrindən olan sakinlər vakansiyalarla tanış olurlar. İnanırıq ki, bu tədbir həm işəgötürənlər, həm də işaxtaranlar üçün gözəl bir fürsət olacaq”, - deyə Hasil Abbasov bildirib.
Müxbir – Tahir Ağaməmmədov