Qubada 2 minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb VİDEO
Quba, 12 sentyabr, AZƏRTAC
Quba–Atuc yolunda 2 minik avtomobili toqquşub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 19 radələrində baş verib. Qəza nəticəsində ilkin məlumata görə, 3 nəfər xəsarət alıb.
Toqquşan nəqliyyat vasitələri “Nissan” və “VAZ-2107” markalı minik avtomobilləridir.
Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Müxbir – Elxan Yusifli