Səbinə Yusif: Qırmızı Bazar qəsəbəsinə köçdüyümüz üçün çox sevincliyik VİDEO
Bakı, 15 sentyabr, AZƏRTAC
Biz Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə köçürük. Bu gün çox sevincliyik. Allah şəhidlərimizə rəhmət eləsin. Allah Prezidentimizi, dövlətimizi qorusun.
Bu sözləri AZƏRTAC-a açıqlamasında həyat yoldaşı məcburi köçkün olan və Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə köçən Səbinə Yusif söyləyib.
“Həqiqətən, çox sevincliyik, qürurluyuq. Bizə evlərin açarlarının təqdim olunacağı günü səbirsizliklə gözləyirik”,- deyə S.Yusif vurğulayıb.
Bildirib ki, təqdim olunacaq evin açarı onlar üçün böyük mənəvi və simvolik məna daşıyır: “Biz o evlərin açarlarını ədalətin, haqq səsinin bərpasının açarı kimi qəbul edirik. O açarlar təkcə bir evin açarı deyil. Onların simvolik mənası daha böyükdür. Bu, haqqın qələbəsidir, dünyada ədalətin bərpasıdır".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [12:44]
Azərbaycan etnoqrafiyasının izi ilə: Gürcüstanda nəşr olunan "Kavkaz" qəzeti
- 15.09.2026 [12:41]
Gövhər Baxşəliyeva: Sufizm Azərbaycanın mənəvi həyatında böyük rol oynayıb
- 15.09.2026 [12:25]
Nazirlik: ƏMAS-da 72 minə yaxın aktiv vakansiya mövcuddur
- 15.09.2026 [12:14]
DSMF-nin 8 ay üzrə gəlir və xərcləri açıqlanıb
- 15.09.2026 [12:11]
Pakistanlı alim: Tarazlıq və mötədillik İslamın gözəlliyidir
- 15.09.2026 [12:00]