Kəlbəcərdə ilk dərs günü: 121 şagird yeni tədris ilinə başlayıb VİDEO
Kəlbəcər, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də ölkəmizin hər yerində olduğu kimi, Kəlbəcər şəhərində də Bilik Günü qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbdə keçirilən tədbirdə çıxış edənlər müəllimləri və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.
İlk dərs günü məktəbdə böyük sevinc və həyəcanla qarşılanıb. Bu il 121 şagird doğma Kəlbəcərdə təhsilini davam etdirəcək.
Müxbir – Tahir Ağaməmmədov