Deputat: Azərbaycan Türk dünyasının hərəkətverici qüvvəsinə çevrilib VİDEO
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycanın Türk dünyasında unikal yeri var. Müəyyən mənada Azərbaycan Türk dünyasının mərkəzinə, hərəkətverici bir qüvvəyə çevrilib.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Rasim Musabəyov səsləndirib.
Azərbaycanın coğrafi baxımdan da Türk dünyasının mərkəzi olduğunu deyən deputatın sözlərinə görə, ölkəmiz həm tarixən, həm də bu gün Türk dövlətləri ilə çox sıx əlaqədədir. Azərbaycan Türk dünyasının inteqrasiyasını irəli aparmaq üçün böyük imkanlara malikdir. Bu, həm Azərbaycana, həm də Türk dünyasına xeyir verən bir xətdir.
Daha ətraflı əməkdaşlarımızın hazırladığı videomüsahibədə izləyə bilərsiniz.