Çapar kəndinə qayıdan keçmiş məcburi köçkün: Çox şükür bugünkü günümüzə VİDEO
Bakı, 22 sentyabr, AZƏRTAC
Ağdərə rayonunun Çapar kəndinə gedirik. Bizə bu şəraiti yaratdığı üçün Allah Prezidentimizə cansağlığı versin.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Ağdərə rayonunun Çapar kəndinə qayıdan keçmiş məcburi köçkün Nəcəf Cəfərov söyləyib.
O deyib: “Məcburi köçkün düşdüyümüz günlər çox çətin idi. Qaçqın olanlar bilər ki, qaçqınçılıq nə deməkdir. Biz 30 ildən çox müddətdə nə qədər əziyyətlər çəkdik. Neçə yerdə yaşadıq – məktəblərdə, bağçalarda. Bu günə qədər qohum evinin yanında bir yer var idi, orada qalırdıq”.
N.Cəfərov yoldaşı ilə birlikdə qayıtdığını qeyd edib: “Nəvəm, oğlum da gələcək. Çox şükür bugünkü günümüzə”.
Müxbir- Elmir Səftərov
Fotoqraf- Orxan Kərimov
Videooperator- Ceyhun Mustafayev