Əfv sərəncamının icrası başa çatıb – YENİLƏNİB VİDEO
Bakı, 23 sentyabr, AZƏRTAC
Ədliyyə Nazirliyinin Penitensiar xidməti Prezident İlham Əliyevin bu gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamın icrasını başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, Sərəncamın icrası Ədliyyə Nazirliyinin, Ombudsman Aparatının, habelə media nümayəndələrinin iştirakı ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeliyindəki cəzaçəkmə müəssisələrində həyata keçirilib.
Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs və azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş 1 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Müxbir - Nailə Həsənova
Fotoqraf - Orxan Kərimov
Videooperator - Vüsal Tagiyev