Əfv sərəncamı 2 və 17 saylı cəzaçəkmə müəssisələrində 4 nəfərə şamil olunub VİDEO
Bakı, 23 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin sentyabrın 23-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın icrası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 2 və 17 saylı cəzaçəkmə müəssisələrinin hər birində 2 nəfər olmaqla, ümumilikdə 4 nəfərə şamil edilib.
AZƏRTAC xatırladır ki, dövlətimizin başçısının bu gün imzaladığı müvafiq Sərəncam ümumilikdə 20 nəfəri əhatə edib.
Müxbir - Nailə Həsənova
Fotoqraf - Orxan Kərimov
Videooperator - Vüsal Tagiyev