Əfv sərəncamı ilə Pakistan vətəndaşı olan qadın azadlığa buraxılıb VİDEO
Bakı, 23 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin sentyabrın 23-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın icrası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində 1 nəfərə şamil olunub.
AZƏRTAC xəbər verir ki, Pakistan İslam Respublikasının vətəndaşı Sonia Sabir müvafiq sərəncamla əfv edilən yeganə qadındır.
Müxbir - Nailə Həsənova
Fotoqraf - Orxan Kərimov
Videooperator - Vüsal Tagiyev