Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda yeni faydalı qazıntı yataqları öyrənilir - Xalxal sahəsindən REPORTAJ VİDEO

Naxçıvan, 24 sentyabr, AZƏRTAC

Filiz və qeyri-filiz faydalı qazıntıları ilə zəngin olan muxtar respublikada yeni yataqların axtarışı, mövcud ehtiyatların dəqiq qiymətləndirilməsi və iqtisadi dövriyyəyə cəlb olunması istiqamətində işlər genişləndirilir. Bu istiqamət “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı”nda əsas hədəflərdən biri kimi müəyyənləşdirilib.

AZƏRTAC-ın bölgə müxbirinin Dövlət Proqramında qarşıya qoyulan vəzifələr çərçivəsində aparılan işlərin ünvanlarından biri olan Babək rayonunun Xalxal sahəsindən hazırladığı reportajı təqdim edirik.

Babək rayonunun Xalxal sahəsində qara, əlvan və nəcib metalların axtarış-qiymətləndirmə işləri aparılır. Ərazidə buruq-qazma işləri həyata keçirilir. Bu üsulla filizin daha dərin qatlarının öyrənilməsi, yerin təkindəki mineral ehtiyatların tərkibinin müəyyənləşdirilməsi və sahənin perspektivliyinin qiymətləndirilməsi nəzərdə tutulub.

Xalxal sahəsində, əsasən, mis, eləcə də yanaşı elementlər kimi qızıl və digər metalların qiymətləndirilməsi planlaşdırılır. Layihə çərçivəsində axtarış marşrutları və yerüstü dağ qazmaları artıq tam həcmdə yerinə yetirilib. Hazırda isə daha dərin qatların öyrənilməsi üçün buruq-qazma işləri davam etdirilir.

Naxçıvanda yeraltı yataqlar barədə məlumatlar vahid bazada toplanacaq

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini İlkin Tahirov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə dövlət başçısının vurğuladığı kimi, 2027-ci ildən etibarən geoloji kəşfiyyat işlərinə başlanılacaq: “Proqram çərçivəsində muxtar respublika ərazisində mövcud ehtiyatların hesablanması, faydalı qazıntı yataqlarının və perspektivli sahələrin müasir geoloji, geokimyəvi, geofiziki və rəqəmsal texnologiyalar vasitəsilə öyrənilməsi nəzərdə tutulur. Eyni zamanda, yeraltı yataqlar barədə məlumatların vahid və sistemli məlumat bazasında formalaşdırılması da qarşıya qoyulan mühüm vəzifələrdəndir. Əldə olunacaq məlumatlar əsasında mineral xammal ehtiyatlarının, eləcə də gələcəkdə öyrəniləcək yataqların resurslarının daha dəqiq qiymətləndirilməsi, onların iqtisadi dövriyyəyə cəlb edilməsi və hasilatdan emala qədər bütün mərhələləri əhatə edən sənaye zəncirinin formalaşdırılması mümkün olacaq”.

İlkin Tahirovun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının 2023–2027-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında da mineral xammal ehtiyatlarının öyrənilməsi və qiymətləndirilməsi ilə bağlı bir sıra mühüm tədbirlər öz əksini tapıb: “Bu istiqamətlərdən biri filiz və qeyri-filiz yataqlarının beynəlxalq qiymətləndiricilərin iştirakı ilə qiymətləndirilməsi və investisiya üçün açılmasıdır. Bu məqsədlə 2024-cü ildə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Türkiyə Respublikası Enerji və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi arasında müqavilə imzalanıb. Müqavilə çərçivəsində “Parağaçay-molibden”, “Qapıcıq-molibden” və “Gümüşlü” yataqlarında geoloji tədqiqat işlərinə başlanılıb. Ümumilikdə layihə üzrə 3800 poqonometr həcmində buruq-qazma işləri aparılıb, 4 mindən çox sınaqlaşdırma həyata keçirilib, eləcə də digər kompleks geoloji tədqiqat işləri yerinə yetirilib. Aparılmış işlərin nəticələri əsasında yekun hesabatlar hazırlanıb. Qiymətləndirmənin nəticələrinə əsasən, hər üç yatağın perspektivli olduğu müəyyənləşdirilib. Növbəti mərhələdə daha dəqiq geoloji-kəşfiyyat işlərinin aparılması və yataqlardakı resursların tam və dəqiq hesablanması məqsədəuyğun hesab olunur”.

“Ortakənd” yatağında 246 min unsiya çıxarıla bilən qızıl ehtiyatı proqnozlaşdırılır

Agentlik rəsmisi qeyd edib ki, Dövlət Proqramında nəzərdə tutulan digər mühüm istiqamət isə qara, əlvan və nəcib metalların axtarışı və qiymətləndirilməsi layihəsidir. Bununla bağlı 2023–2024-cü illərdə Ordubad rayonunun Nəsirvaz-Ağdərə sahəsində kompleks geoloji tədqiqat işləri aparılıb. Burada buruq quyuları, yerüstü dağ qazmaları və kompleks sınaqlaşdırma işləri həyata keçirilib, nəticədə ərazidə geoloji tədqiqatlar yekunlaşdırılıb. 2025–2026-cı illərdə isə həmin bəndin icrası ilə əlaqədar Babək rayonunun Xalxal sahəsində qara, əlvan və nəcib metallar üzrə geoloji qiymətləndirmə işlərinə başlanılıb. Hazırda burada yerüstü dağ qazmaları, buruq quyuları və kompleks sınaqlaşdırma işləri ilə müşayiət olunan geoloji tədqiqatlar davam etdirilir.

“Muxtar respublikada son dövrlərdə kəşf olunmuş və ehtiyatları hesablanmış mühüm yataqlardan biri də “Ortakənd” qızıl yatağıdır. “AzerGold” QSC tərəfindən yataqda kompleks geoloji-kəşfiyyat işləri aparılıb. Hesablanmış ehtiyatlar yatağın iqtisadi baxımdan səmərəli və əlverişli olduğunu göstərir. Belə ki, yataqda 246 min unsiya çıxarıla bilən qızıl ehtiyatının olduğu hesablanıb. Ümumi layihənin iqtisadi dəyəri isə 1,8 milyard manat həcmində qiymətləndirilib. Naxçıvanın zəngin təbii sərvətləri sırasında filiz və qeyri-filiz faydalı qazıntıları xüsusi yer tutur”, – deyə İlkin Tahirov əlavə edib.

Əminliklə demək olar ki, Dövlət Proqramının icrası çərçivəsində qarşıdakı illərdə müasir texnologiyaların tətbiqi, yeni elmi yanaşmaların və innovativ axtarış metodlarının genişləndirilməsi Naxçıvanın zəngin mineral xammal potensialının daha dərindən öyrənilməsinə və mövcud ehtiyatların iqtisadi dövriyyəyə cəlb edilməsinə əlavə imkanlar yaradacaq. Bu proses təkcə mineral ehtiyatların üzə çıxarılması ilə məhdudlaşmayacaq, eyni zamanda regionda dağ-mədən sənayesinin müasir tələblər əsasında yenidən formalaşmasına, yeni istehsal sahələrinin yaradılmasına və Naxçıvanın sənaye potensialının daha da gücləndirilməsinə əhəmiyyətli təkan verəcək. Beləliklə, yeraltı sərvətlərin səmərəli və dayanıqlı istifadəsi Naxçıvanın iqtisadi inkişafında əlavə imkanlar yaradaraq, dağ-mədən sənayesinin yeni inkişaf mərhələsinə keçidini şərtləndirəcək.

Müxbir- Nail Əsgərov

Naxçıvanda yeni faydalı qazıntı yataqları öyrənilir - Xalxal sahəsindən REPORTAJ  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününun altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyunu başlayıb

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram