27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO
Bakı, 27 sentyabr, AZƏRTAC
30 illik həsrət, doğma torpaqlara qayıtmaq arzusu və işğalın silinməyən izləri... Bütün bunlara cəmi 44 gündə son qoyuldu.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına cavab olaraq başlanan əks-hücum əməliyyatı Vətən müharibəsi ilə, Vətən müharibəsi isə Zəfərlə nəticələndi. Sentyabrın 27-si səhər saatlarında Ermənistan silahlı qüvvələri cəbhəboyu mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutdu. Azərbaycan Ordusu bu təxribata cavab olaraq əks-hücum əməliyyatına keçdi. Beləliklə, Vətən müharibəsi başladı. Amma bu tarixin əsl mənasını anlamaq üçün yalnız bir günə deyil, 30 il davam edən işğal tarixinə baxmaq lazımdır. Daha ətraflı əməkdaşlarımızın hazırladığı videomaterialda izləyə bilərsiniz.