Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO
Naxçıvan, 27 sentyabr, AZƏRTAC
27 Sentyabr - Anım Günü ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, saat 12:00-da Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillərdən siqnallar verilib.
Müxbir- Nail Əsgərov