Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO
Ağstafa, 28 sentyabr, AZƏRTAC
Ağstafada qətl hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Rəşad İsmayılov bıçaqlanaraq qətlə yetirilib. Araşdırmalar zamanı məlum olub ki, Rəşad İsmayılovu aralarında baş verən mübahisə zamanı Samir Şükürov bıçaqlayaraq qətlə yetirib.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Samir Şükürüov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Ruslan Novruzoğlu