Xaçmazda məktəblini avtomobil vurub VİDEO
Xaçmaz, 30 sentyabr, AZƏRTAC
Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə zamanı “VAZ-2107” markalı avtomobil yolu keçmək istəyən 8 yaşlı Dəniz Allahverdi qızı Dadaşovanı vurub. Azyaşlı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, məktəbli anası ilə birlikdə yolu keçmək istəyərkən bir avtomobil onlara yol verib. Bu zaman yandan keçən digər avtomobil azyaşlını vurub.
İlkin tibbi müayinənin nəticəsinə görə, uşağa qarının ön divarının əzilməsi diaqnozu qoyulub.
Məktəbli Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı məktəbdə təhsil alır.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.
Faktla bağlı araşdırma aparılır.
Müxbir – Elxan Yusifli