Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO
Mingəçevir, 30 sentyabr, AZƏRTAC
Akademik avarçəkmə üzrə yığma komandanın üzvüyəm. “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə 1500 metr məsafəyə 1 nəfərlik akademik avarçəkmə qayığı yarışlarında rəqiblərimi geridə qoyaraq qızıl medalı qazandım. Buna əzmlə nail oldum, çünki yarışa çox hazırlaşmışdım.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin medalçısı Azər İlyasov bildirib.
İdmançı turnirin üçüncü günündə də adını qızıl medal qazananlar sırasına yazdırmaq arzusundadır. “Sabah ikinəfərlik qayıqda yarışacağam. Hədəfim orada da birinci yerin sahibi olub, Azərbaycan bayrağını dalğalandırmaqdır. Uğuruma görə üzərimdə əziyyəti olan hər kəsə minnətdaram”, - deyə idmançı əlavə edib.
Xatırladaq ki, “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə Azərbaycan təmsilçiləri 7 medal qazanıblar.
Müxbirlər - Vüsalə Cənnətova, Vurğun Mədətov