“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO
Mingəçevir, 30 sentyabr, AZƏRTAC
“Mingəçevir Reqatası-2026”da 500 metr məsafəyə 2 nəfərlik kayak yarışlarında idmançı yoldaşım Tengiz Qaqnidze ilə birinci olaraq qızıl medal qazandıq. Rəqiblərimiz güclü idi, buna baxmayaraq qalib olduq.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin medalçısı Qiyas Əhmədov deyib.
Azərbaycan təmsilçisinin sözlərinə görə, turnirin üçüncü günündə 200 metr məsafədə yarışacaqlar. “Ən böyük arzumuz böyük yarışlarda yaxşı nəticə göstərmək, bayrağımızı ucalarda dalğalandırmaqdır”, - deyə Qiyas Əhmədov qeyd edib.
Xatırladaq ki, oktyabrın 1-də yekunlaşacaq turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.
Müxbirlər - Vüsalə Cənnətova, Vurğun Mədətov