Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO
Bakı, 2 oktyabr, AZƏRTAC
Yüksəkenerjili lazer sistemi "MB24000" hava hücumundan müdafiə, yüksək sürətlə hərəkət edən hava hədəflərinin aşkarlanması və məhv edilməsi üçün nəzərdə tutulmuş sistemdir.
Bunu jurnalistlərə açıqlamasında "Zireh MMC" şirkətinin rəhbəri Abas Quliyev deyib.
O bildirib ki, sistem radardan, kamera sistemindən və lazer texnologiyalarından ibarətdir. Sistem sınaqdan keçirilib, 4 kilometrə yaxın kiçik hədəflər aşkarlanıb və zərərsizləşdirilib.
"Sistem 8 kilometrdə hədəflər aşkar edə bilən radardan ibarətdir. Həmin radar sistemi ilə 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür. "MB24000" süni intellektlə hərəkət edir", - deyə o diqqətə çatdırıb.
Müxbirlər - Göyçək Mahmudlu, Günel Türksoy
Fotoqraf - Orxan Kərimov
Videooperator - Mirrəsul Cəfərov