Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO
Naxçıvan, 2 oktyabr, AZƏRTAC
Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında 13 il ərzində kameralarla aparılan monitorinqlər zamanı hər iki ildən bir yeni doğulmuş bəbir balaları müşahidə olunub.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son illərdə artıq hər il yeni balalara rast gəlinir. Burada doğulmuş balalar böyüyərək ətraf ölkələrin ərazisinə yayılır. Bir fərd hətta Türkiyədə Qara dəniz bölgəsinə qədər gedib çıxıb. Müşahidələr aparılan dövrdə Zəngəzur dağlarında 15-dən artıq bəbir balası doğulmuş və yetkinlik yaşına qədər böyüyüb.
Müxbir - Nail Əsgərov