Naxçıvanda avtomobil piyadanı vurub VİDEO
Naxçıvan, 2 oktyabr, AZƏRTAC
Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. Belə ki, "Hyundai" markalı avtomobil yolu qarşı tərəfə keçən 1957-ci il təvəllüdlü Nağıyev Nağı Mahmud oğlunu vurub.
Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Müxbir - Nail Əsgərov