Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO
Pekin, 3 oktyabr, AZƏRTAC
Çin Xalq Respublikasının yaranmasının ildönümü münasibətilə bir həftəlik bayram tətilinin ilk günündə - oktyabrın 1-də dəmir yolu nəqliyyatı ilə 25 milyondan çox sərnişin daşınıb.
AZƏRTAC “Çin Dövlət Dəmir Yolu Qrupu”na istinadla xəbər verir ki, bu rəqəm ötənilki göstəricidən 9 faiz çox olmaqla Çində dəmir yolu ilə sərnişin daşınmasında yeni gündəlik rekorddur.
Proqnozlara görə, Çində bayram günlərində dəmir yolu ilə 284 milyon sərnişin daşınacaq. Ümumilikdə bayram dövründə ölkə daxilində müxtəlif nəqliyyat vasitələri ilə 2 milyarddan çox səyahət gözlənilir. Bu da orta hesabla gündə 300 milyon nəfər deməkdir. Bu dövrdə hər gün orta hesabla 2,4 milyon nəfərin hava nəqliyyatından istifadə edəcəyi gözlənilir.
Bayram günlərində xaricə uçuş rezervasiyaları 22,5 faiz çoxalıb. Tailand, Malayziya, Vyetnam, Laos kimi yaxın ölkələrə rezervasiyalar 20 faiz artıb.