Ağstafada 2 qardaşa kəsici-deşici alətlə xəsarət yetirilib VİDEO
Ağstafa, 5 oktyabr, AZƏRTAC
Ağstafada 2 nəfərə kəsici-deşici alətlə xəsarət yetirilib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, onlar rayon sakinləri - 2005-ci il təvəllüdlü X.Vəliyev və onun qardaşı, 2003-cü il təvəllüdlü N.Vəliyevdir.
Həmin şəxslər xəstəxanaya yerləşdiriliblər, onların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Ruslan Novruzoğlu