Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO
Gəncə, 5 oktyabr, AZƏRTAC
Gəncədə irigövdəli ağacın budağı qırılaraq hərəkətdə olan avtomobilin üstünə düşüb.
AZƏRTAC-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
Hadisə zamanı 10-VH-496 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilə ciddi ziyan dəyib. Sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb.
Müxbir - Elcan Məmmədov