Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO
Bakı, 6 oktyabr, AZƏRTAC
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yağış və çiskin zamanı yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edir.
“Sürücülərdən hava şəraitini düzgün qiymətləndirməyi, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, nəqliyyat vasitələrinin şüşəyuyanları və şüşəsilgəclərinin müəyyən edilmiş rejimdə işləməsini yoxlamağı, həmçinin zərurət olmadan yollarda qəfil manevrlər və kəskin tormozlama hərəkətləri etməməyi xahiş edirik. Piyadalar da öz növbəsində təhlükəsizlik qaydalarına daha ciddi əməl etməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar”, - deyə məlumatda qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:17]
Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb
- 06.10.2026 [12:04]
Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər
- 06.10.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [11:32]
Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir
- 06.10.2026 [11:29]
FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb
- 06.10.2026 [10:57]
AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də
- 06.10.2026 [10:52]