Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvan, 7 oktyabr, AZƏRTAC

Naxçıvanda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, xüsusilə suvarma, su təminatının yaxşılaşdırılması və əkin sahələrinin genişləndirilməsi 2027-ci ilin məhsulu üçün payızlıq taxıl mövsümünə hazırlığa da müsbət təsir göstərir. Muxtar respublikanın rayonlarında torpaqların şumlanması, əkin və suvarma işləri davam etdirilir, fermerlər mövcud imkanların əvvəlki illərlə müqayisədə yaxşılaşdığını bildirirlər. Qarşıya qoyulan hədəflər yalnız əkin sahələrinin artırılmasını deyil, həm də məhsuldarlığın yüksəldilməsini və müasir aqrar texnologiyaların tətbiqinin genişləndirilməsini nəzərdə tutur. Bu baxımdan Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində qarşıya qoyulmuş hədəflərin Naxçıvanda da icrası istiqamətində tədbirlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Məhəmməd Zeynalov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, indiyədək 1026,6 hektar sahədə əkin, 168 hektar sahədə suvarma işləri həyata keçirilib.

Naxçıvanda hazırda 2027-ci ilin məhsulu üçün payızlıq taxıl əkinlərinin aparılması istiqamətində işlər görülür. Proqnoza əsasən, muxtar respublikada 22 min 800 hektar sahədə payızlıq taxıl əkini nəzərdə tutulur. Artıq 7415 hektar sahədə şum, 1026,6 hektar sahədə əkin və 168 hektar sahədə suvarma işləri həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə payızlıq taxıl əkinləri üzrə hazırlıq və əkin işlərinin həcmində artım müşahidə olunur. Belə ki, şum işləri 3167 hektar, əkin işləri 886,5 hektar, suvarma işləri isə 168 hektar çox həyata keçirilib.

Nazirlik rəsmisi qeyd edib ki, Dövlət Proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının istehsal potensialının artırılması və müasir texnologiyaların tətbiqinin genişləndirilməsi üzrə də mühüm hədəflər müəyyən edilib. Müasir suvarma sistemləri tətbiq olunan sahələrin 720 hektardan 3000 hektara, ixtisaslaşmış rayonlarda buğdanın məhsuldarlığının hektardan 30 sentnerdən 50 sentnerə yüksəldilməsi, taxıl silolarının tutumunun isə 50 min tondan 60 min tona çatdırılması nəzərdə tutulur.

Muxtar respublikanın bütün bölgələrində olduğu kimi, Babək rayonunda da payızlıq əkin mövsümünə hazırlıq mütəşəkkil xarakter daşıyır. Təsərrüfatçılar torpaq sahələrində şumlama və əkinə hazırlıq işləri aparır, suvarma imkanlarının yaxşılaşmasını qarşıdakı mövsüm üçün mühüm amil hesab edirlər.

Rayonun Hacıvar kənd sakini Fikrət Məmmədov uzun illərdir təsərrüfatla məşğuldur. O, 2011-ci ildən lizinq yolu ilə əldə etdiyi traktordan istifadə etməklə əkin-biçin işlərini həyata keçirir. Öz torpaq sahələrindən istifadə edən təsərrüfatçı ehtiyac yarandıqda əlavə ərazilər də icarəyə götürür. Ötən il Fikrət Məmmədov 15-20 hektara qədər sahədə taxıl əkib və hər hektardan orta hesabla 25-30 sentner məhsul götürüb. Ümumilikdə isə 75-80 ton məhsul əldə edib.

Təsərrüfatçı qeyd edir ki, iki-üç il əvvəl su çatışmazlığı müəyyən çətinliklər yaratdığından bəzi əkinçilər torpaqlarını tam əkə bilmirdilər. Hazırda isə vəziyyət xeyli yaxşılaşıb: “Əkin sahələrimiz şumlanıb, dövlət tərəfindən bizə maddi dəstək göstərilir, gübrələr vaxtında verilir. Əkinçilər hazırda sahələrin suvarılması ilə məşğuldurlar. Keçən il də su bol olmuşdu, bu il də kifayət qədərdir. Heydər Əliyev su anbarı doludur, nasoslarımız işləyir, suvarma işləri davam etdirilir. Yağıntıların bol olması da su ehtiyatlarının artmasına müsbət təsir göstərib. Naxçıvan çayından da nasoslarımız vasitəsilə ərazilərə su verilir. Bu da suvarma imkanlarının yaxşılaşmasına kömək edir”.

Kənddə təsərrüfatla məşğul olan digər sakinlər də mövcud imkanların əkinçilik üçün əlverişli olduğunu bildirirlər. Təsərrüfatçı Arif Cəfərov də uzun illərdir əkin-biçinlə məşğuldur. O, hər il böyük ərazidə taxıl əkir və yüksək məhsuldarlığı təsərrüfatın davamlılığı üçün əsas şərtlərdən biri hesab edir.

“Hər hektardan 42-43 sentnerdən aşağı məhsuldarlıq mənim üçün qənaətbəxş deyil. Çünki çəkilən xərcləri, borcları ödəmək və təsərrüfatı davam etdirmək üçün yüksək məhsuldarlıq lazımdır”, - deyə A.Cəfərov bildirir.

Təsərrüfatçı kənd təsərrüfatına göstərilən dövlət dəstəyinin, fermer və əkinçilərlə keçirilən görüşlərin də onları ruhlandırdığını deyir: “Bu il mayın 25-də Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakıda kənd təsərrüfatı ilə bağlı müşavirə keçirildi. İyunun 22-də isə Şərurda biz fermerlərlə görüş oldu. Müşavirədə səsləndirilən fikirlər bizi də ruhlandırdı. Suyun vaxtında sahələrə çatdırılması əkinlərin inkişafına və məhsuldarlığın yüksəlməsinə birbaşa təsir göstərir. Su vaxtında verilir, əkin sahələri vaxtında suvarılır. Əgər vaxtında suvarma aparılmasaydı, bu sahələr belə məhsuldar olmazdı. Biz də ardıcıl olaraq suvarma işlərini həyata keçiririk”.

Təsərrüfatçı son illərdə yaşanan su qıtlığının müxtəlif ərazilərdə kənd təsərrüfatına müəyyən təsir göstərdiyini, lakin aidiyyəti qurumların həyata keçirdiyi tədbirlər nəticəsində vəziyyətin yaxşılaşdığını diqqətə çatdırır.

“Kənd təsərrüfatı üçün texnikanın, suvarma imkanlarının yaradılması və suyun vaxtında sahələrə çatdırılması çox vacibdir. Nə qədər əkin aparıldığı, nə qədər məhsul əldə olunduğu da görülən işlərin nəticəsini göstərir. Bu il 22 hektar sahədə taxıl əkmişəm və məhsuldarlığın yaxşı olacağına ümid edirəm. Hava şəraiti və digər imkanlar əlverişli olsa, gələcəkdə əkin sahələrimi daha da artıracağam”, – deyə o qeyd edir.

Naxçıvanda payızlıq taxıl mövsümünə hazırlıq yalnız növbəti ilin məhsulunun təmin edilməsi baxımından deyil, aqrar sahənin daha dayanıqlı inkişafı üçün də mühüm əhəmiyyət daşıyır. Su ehtiyatlarının artması, suvarma imkanlarının genişlənməsi, texnika və dövlət dəstəyi fermerlərin imkanlarını artırır. Əkinçilərin sahələrini genişləndirmək və daha yüksək məhsuldarlıq əldə etmək niyyəti isə qarşıdakı mövsümdə əsas hədəfin torpaqdan daha səmərəli istifadə etməklə həm istehsalın, həm də məhsuldarlığın artırılması olduğunu göstərir.

Müxbir-Nail Əsgərov

 

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir